
“Fitch” və “S&P”dən bədbin proqnoz
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Türkiyə və “F-35” mövzusundakı mövqe dəyişməyib
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Avropa ölkəsi ABŞAvropa ölkəsi ABŞ ilə 3,8 milyardlıq müqavilə imzaladı ilə 3,8 milyardlıq müqavilə imzaladı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
ABŞ-da bir “F-35” döyüş təyyarəsi nəzarəti itirərək qəza ilə piste çırpıldı. Qəzadan əvvəl pilotun, havada 50 dəqiqə boyunca mühəndislərlə telekonfrans vasitəsilə problemi həll etməyə çalışdığı, lakin buna nail olmadığı ortaya çıxdı.
Alyaskadakı “Eielson” Hərbi Hava Bazasında bir “F-35” döyüş təyyarəsi eniş dəstindəki nasazlıq səbəbindən enmə zolağına çırpıldı.
200 milyon dollarlıq təyyarənin pilotu qəza baş vermədən əvvəl havada 50 dəqiqə boyunca mühəndislərlə telefon konfransı vasitəsilə problemi həll etməyə çalışdı.
Qəza zamanı pilot paraşütlə təhlükəsiz şəkildə yerə endi. Sosial mediada yayılan görüntülərdə təyyarənin spirallar çəkərək enmə zolağına düşdüyü və alov içində qaldığı görünürdü.
CNN-in əldə etdiyi qəza hesabatına görə, eniş dəstindəki hidrolik xətlərə buz yığılması təyyarənin idarə olunmasını mümkünsüz edib.
Qalxandan sonra eniş dəstini bağlaya bilməyən pilot, yenidən açmaq istəyəndə sistem kilidlənərək sola tərəf sapdı.
Pilot, baza ətrafında alçaldılmış uçuş edərkən beş “Lockheed Martin” mühəndisi ilə telekonfransa qoşuldu. Təxminən bir saat davam edən görüşdə müxtəlif sınaqlar aparıldı.
Pilot, iki dəfə “toxun-burax” enişi ilə burun eniş dəstini düzəltməyə çalışdı, lakin bu cəhdlər uğursuz oldu və sistem tamamilə kilidləndi.
Təyyarənin sensorları yerə endiyini aşkar edəndə, idarəetmə tamamilə itdi. Pilot saniyələr içində katapulta oturacaqdan istifadə etməli oldu.
Hərbi Hava Qüvvələrinin araşdırması, burun və sağ eniş dəstinin hidrolik sistemindəki mayenin üçdə birinin sudan ibarət olduğunu göstərdi.
Oxşar “hidrolik donması” hadisəsinin, qəza baş verəndən doqquz gün sonra eyni bazada təkrarlandığı, lakin həmin təyyarədəki pilotun təhlükəsiz eniş edə bildiyi bildirildi.