İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:59 | 28 avqust 2025 | Cümə axşamı
Məqaləyə 218 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Oman körfəzində gərginlik
Avropada yeni enerji qərarı qüvvəyə minir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
İngiltərə, Fransa və Almaniyanın İrana qarşı qaldırılmış Birləşmiş Millətlər sanksiyalarını yenidən tətbiq etmə ehtimalı gündəmdə qalarkən, Tehran diqqətçəkən açıqlama verdi. İran Xarici İşlər Nazirliyinin müavini Kazim Qaribabadi mümkün sanksiyaların Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə davam edən əməkdaşlığı sona çatdıra biləcəyini bildirib.
“Avropa üçlüyü” kimi tanınan bu üç Avropa ölkəsi 2015-ci ildə imzalanmış nüvə sazişi çərçivəsində “snapback” mexanizmini işə salmağı müzakirə edir. Bu mexanizm İranın öhdəliklərini pozması halında BMT sanksiyalarının avtomatik olaraq yenidən qüvvəyə minməsini nəzərdə tutur.
Qaribabadi bildirib ki, İran bu prosesi diqqətlə izləyir və Avropa tərəfdaşlarına açıq şəkildə çatdırıb: “Əgər bu addım atılarsa, MAQATE ilə qurduğumuz konstruktiv münasibətlər ciddi şəkildə zədələnər və böyük ehtimalla tamamilə sona çatır”.
İran ilə MAQATE arasındakı əməkdaşlıq 2015-ci ildə qüvvəyə minmiş Əhatəli Birgə Fəaliyyət Planı (EBFP) çərçivəsində formalaşıb. Həmin saziş çərçivəsində İrana qarşı beynəlxalq sanksiyalar da dayandırılmışdı.
Digər tərəfdən, İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyətlərini elmi və inkişaf məqsədləri doğrultusunda davam etdirəcəyini vurğulayıb. İslami MAQATE ilə əməkdaşlığın isə İran Parlamentinin təsdiq etdiyi qanunlar çərçivəsində aparılacağını bildirib.