vaxtlı-vaxtında oxuyun! Cümə, 6 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ENERGETİKA  
Çox istəyib, azdan olacaq 00:16 | 5 iyun 2025 | Cümə axşamı Məqaləyə 34 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çox istəyib, azdan olacaq

“1 manat – 1 gün” prinsipi ...

Nəhayət ki, “Azercell” real həqiqəti açıqlaya bildi.

Bu gün bu haqda yazdığımız tam dəqiqdir.

Abonentin tarifdə olub-olmamasında asılı olmayaraq, hansı tarifdə olmasından asılı olmayaraq “1 manat – 1 gün” prinsipi qüvvədədir.

Tarifə qoşulmuş olmaq avtomatik güzəşt yaratmır. Əgər tam məbləğ yüklənmirsə, tarif aktivləşmir və yüklənən məbləğ yalnız günlük istifadəyə çevrilir – əvvəlki sistemdəki kimi nömrənin aylarla açıq qalması artıq mümkün deyil.

Yeni qaydalara görə tarifi yeniləyə bilməyib onun aylıq haqqından az pul ödəyəcəksənsə, elə ona uyğun da nömrən aktiv olacaq.

İstərsə 2 manatlıq, istərsə 20 manatlıq tarif olsun.

Sizin nömrəniz aylıqdan az olan həmin yüklədiyiniz məbləğlərə uyğun olaraq aktiv (iki tərəfli) olacaq:

1 manat = 1 gün

2 manat = 2 gün

3 manat = 3 gün və s.

Nömrəniz qalan günlər, 90 gün ancaq zəng qəbul edəcək.

Ola bilər balansınızda pul olacaq, amma götürdüyünüz aylıq tarifə uyğun olmadığından nömrə birtərəfli bağlı olacaq.

Əvvəlki qayda isə kəskin fərqli idi:

1 manat = 5 gün

2 manat = 10 gün

5 manat = 30 gün və s.