vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
Yaşasın sənət... 20:29 | 13 aprel 2025 | Bazar Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaşasın sənət...

... Yaxud sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır

Həmidə NİZAMİQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 11-də “OYUN” İnklüziv Teatrı yenidən teatrsevərləri öz ətrafına topladı. Bu dəfə uzun fasilədən sonra yenidən tamaşaçı qarşısına çıxan “Solğun sevgilər” tamaşası ilə.

Azərbaycan Dövlət Kukla Teatrının əsas səhnəsində baş tutan nümayiş anşlaqla yadda qaldı.

Çoxsaylı tamaşaçıların klassik məhəbbət hekayətinə, faciə ilə bitən saf sevgi haqqında  həzin səhnə işinə münasibəti hər zaman olduğu kimi yenə də sürəkli alqışlarla ifadə olundu.

Xatırladaq ki, dramaturgiyamızda özünəməxsus yeri olan Cəfər Cabbarlının məşhur “Solğun çiçəklər” dramı fərqli yanaşma və üslub ilə “Solğun sevgilər”ə hələ pandemiyadan öncə çevrilmiş və 2019-cu ilin 6 dekabrında nümayiş olunmuşdu.

Cəfər Cabbarlının 120 illik yubileyinə həsr edilən “Solğun sevgilər”in səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.

Səhnə əsərində rolları Türkay Cəfərli, Cavid Telman, Ülviyyə Əliyeva, Zümrüd Qasımova, Könül Əbilova, Elnarə Hacıyeva, Aylin Nəcəfli, Ərgün Camalzadə, eləcə də Xəqani Əliyev, Taleh İsmayılov, Ağasəlim Abdullayev, Kamilə Xəlilova, Rüxsarə Zeynalova, Şamxal Xələfi, Rüfət Şahpələngov ifa edirlər.

 Sağlamlıq imkanları məhdud yuxarı yaş qrupundan olan həvəskar aktyorlarla peşəkar aktyorların səhnə tandemi olan birhissəli akt maraqla qarşılandı.

Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır.

Tam müasir tərtibat və traktovkada təqdim olunan səhnə əsərində biz klassik nümunənin müasir gəncliyin anlayıb, hiss edəcəyi tərzdə təqdim edirik. Beləcə həm əbədi sevgiyə inam aşılanır, həm də bütün zamanlarda sədaqət və dürüstlüyün ən böyük insani xüsusiyyət olduğu təlqin olunur.