Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
17:11 | 13 aprel 2025 | Bazar
Məqaləyə 111 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
“SPD və CDU/CSU yeni hərbi xidmətin həyata keçirilməsini sürətləndirmək istəyir”. Müdafiə naziri vəzifəsini icra edən Boris Pistoriusun açıqlamasında belə deyilir.
Müdafiə naziri yeni hərbi modelin tətbiqində sürət gözləyir. SPD siyasətçisi açıqlamasında “Biz son aylarda müvafiq əsaslar üzərində işləməyə davam etdik ki, növbəti hökumətin formalaşmasından dərhal sonra növbəti addımlar atılacaq”.
Partiyasının CDU/CSU ilə koalisiya danışıqlarından sonra daha bir müddət veriləcəyi deyən Pistorius hərbi qeydiyyatını və müdafiəyə nəzarətin bərpasını planlaşdırılmasının ilk addımlar olduğunu deyib: “Qanunvericilik prosesi başa çatan kimi ilk əsgərləri qəbul edib onlara təlim keçə biləcəyik”.
CDU/CSU və SPD ilkin olaraq könüllülüyə əsaslanan yeni hərbi xidmət modelini tətbiq etmək istəyir. Bu məsələ koalisiya sazişində qeyd olunub. “Biz güman edirik ki, cəlbediciliyi artırıb hərbi xidmətlə kifayət qədər sayda könüllü cəlb edəcəyik. Əgər bir gün bu baş verməsə, gənclərin hərbi xidmətə çağırılması barədə qərar verilməli olacaq”, – Pistorius bildirib.
Almaniyada məcburi hərbi xidmət 55 ildən sonra 2011-ci ilin iyulunda dayandırılıb. Bu, hərbi və dövlət qulluğunun ləğvinə bərabər idi, çünki bütün zəruri strukturlar da ləğv edilmişdi. Baxmayaraq ki, gərginlik və ya müdafiə vəziyyəti yaranarsa, kişilər üçün məcburi hərbi xidmət bərpa olunacaqdı.
Pistorius bildirib ki, yeni hərbi xidmətin bu il başlaması hədəflənib. Pistorius, “Hərbi xidmət layihəsini tez bir zamanda yoluna qaytarmaq istəyirik. Biz irəli sürülən federal seçkilər səbəbiylə qanunu parlamentdə qəbul etmək üçün yarım il itirdik. Lakin layihə üzərində işləməyə daxildə davam etdik”.
SPD və CDU/CSU bundesverin artırılmasının zəruriliyi ilə razılaşırlar. “Təkcə təxminən 180,000 kişi və qadın olan daimi qüvvələr kifayət deyil, həm də ehtiyatlar lazımdır”, – Pistorius deyib.
Amma 30 il əvvəl mövcud olan tutum artıq yoxdur. Çarpayı, kazarma, təlimatçı və avadanlıq çatışmır. Pistorius, “Yəqin ki, birinci ildə təxminən 5000 əlavə əsgərimiz olacaq”, – deyib.
SPD siyasətçisi həmçinin koalisiya sazişini Bundesver üçün yaxşı əsas kimi gördüyünü bildirib.