
Müşfiq, Lorka, Səmədoğlu...
Yaxud poeziyanın sevgi və tənhalıqdakı aqibəti
Yaxud poeziyanın sevgi və tənhalıqdakı aqibəti
Özümü tanıyandan yazdığım kitab
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
Hekayə
Bəlkə kimlər üçünsə maraqlı olar
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
Bu gün böyük yazıçımızın haqqa qovuşduğu gündür
Üç müəllif tanışdır
Osamu Dazai – “İnsanlığımı İtirərkən” əsərinin təhlili
Poeziya keçmişdə zamanda indini tapmaq sənətidir
Realiti-şouların, Tik-Tokun bu qədər dəbə minməsinin səbəbi ...
“Hamı əzbər bilir”, “hamı sevir”, “sadə dildə yazıb” fikirləri yaradıcı meyar deyil
“Poeziya – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir”
... Yaxud insan necə dəyişilir?
Taleyin dramatik təqdimatını nümayiş etdirən əsər niyə qadağan edilmişdi?
Yaxşı mətn çoxmənzilli bina kimidir, “kupçaları” müəllifdə olan bu binanın bütün evlərini gərək personajlar tutmasın; burada oxucular, tənqidçilər, ədəbiyyatşünaslar üçün kirayə mənzillər də olmalıdır. Belə olanda mətn-bina zəlzələyə davamlı olur. Orxan Həsəninin bu gün yayımlanmış, Reymon Karverə açıq, Heminqueyə üstüörtülü salam göndərən “Anka” hekayəsi də, bir-iki suvaq işini çıxsaq, zəlzələyə davamlı binadır.
Minimalist prozanın çətinliyini mən həmişə belə başa düşmüşəm: biri var həyatımızı asanlaşdırmaq üçün ağlımızın qayçısı ilə həftəyə, aya, ilə böldüyümüz zamanın təsviri – burada daha çox xarici gerçəkliyin, sosial mühitin üst qatındakı aktlar, əməllər vizuallaşır. Biri də var hər bir fərdin içində irəli-geri doğru axan, keçmişlə gələcək arasında yırğalanan individual zamana enmək – bu, arxetiplərin, patologiyaların, itkilərin, mifoloji obrazların dünyasıdır. Birincisi üfüqi, ikincisi şaqulidir. Əgər minimalist proza bu ikinci müstəvini göz ardı etsə, eləcə həyatın surətini, inventarını çıxaran protokola çevrilə bilər. Bu, müəllifdən kəndirbaz diqqətini tələb edir. Orxan “Anka” hekayəsində bu kəndirbazlığı məharətlə bacarıb.
“Anka” hekayəsi aysberq prinsipi ilə yazılıb. Bu prinsipin məntiqi belədir: üzdə gündəlik hadisələr sadə dillə ifadə edilir, ancaq sözlərin, jestlərin, mimikaların altında axıra qədər deyilməyən, sezdirilən, eyham vurulan, örd-basdır edilən duyğular gəzişir. Məsələn, “Anka” hekayəsinin kişi personajı qurbağa səsi eşidir. Bu, çöldən gələn yox, təhtəlşüurdan gələn səsdir. Qurbağa mifoloji mətnlərdə metamorfozu, keçidi ifadə canlıdır, çünki həm quruda, həm suda yaşayır, yəni həm ana bətninə aiddir, həm də işıqlı dünyaya. Qurbağa embrionun uşağa çevrilməsinin (yaxud çevrilməməsinin) metaforasıdır.
...Vaxtilə Cemal Sürəya Sunay Akının ilk kitabı üçün yazdığı önsözdə demişdi ki, zərimi səndən yana atıram. Orxan, bu gözəl hekayədən sonra mən də “ruletka”da daşlarımdan birini sənə oynayıram.
P.S. Qriplə əlbəyaxa olmasam, daha çox şey yazmaq olardı.