
“Düşünmə əzbərlə”
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
Hekayə
Bəlkə kimlər üçünsə maraqlı olar
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
Bu gün böyük yazıçımızın haqqa qovuşduğu gündür
Üç müəllif tanışdır
Osamu Dazai – “İnsanlığımı İtirərkən” əsərinin təhlili
Poeziya keçmişdə zamanda indini tapmaq sənətidir
Realiti-şouların, Tik-Tokun bu qədər dəbə minməsinin səbəbi ...
“Poeziya – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir”
... Yaxud insan necə dəyişilir?
Taleyin dramatik təqdimatını nümayiş etdirən əsər niyə qadağan edilmişdi?
... Yaxud Lenin babasının xələfləri
Dəli dahilər, yoxsa dahi dəlilər?
Ən güclü şeirlər canlı təsəvvür oyadanlardır
Klassik ədəbiyyatımızdan hazırkı çağımıza qədər uzanan ədəbi yolda ədəbiyyatın, sənətin mahiyyətinə belə demək mümkünsə, əlavə edilmiş, “qazandırılmış” (sənətin ehtivasına xas olmayan) çox yad “qatqılar”, nəsnələr, elementlər... var. Hansı ki, onlar birbaşa sənəti (eləcə də sənətkarlığı) ifadə etmir.
Məsələn, bir hadisənin, mövzunun olduğu kimi (xammal şəklində!), ədəbi təfəkkürdən emal olunmadan nəzmə çəkilməsi sənəti, sənətkarlığı ortaya qoyurmu? Təbii ki, yox...
Bu da bir acı həqiqətdir ki, həmin zaman məsələnin nəzm hissəsi mövcud mətnsizliyi, sənətkarlığın olmamasını çox müstəvilərdə, düşüncələrdə necə deyərlər, “ört-basdır” edir.
Çünki sənətin gerçək meyarları, mahiyyəti bütün dövr ədəbi proseslərində çox az adama bəlli olub. Daha doğrusu, çox az adam dünyagörüşü baxımından o gerçək meyarlara, mahiyyətə çata bilib. Dünən də belə idi, bu gün də belədir, hələ bəlkə sabah da belə olacaq.
Fikirlərimi bir az da konkretləşdirim.
Məsələn, götürək, Səməd Vurğunun külliyatını. Ən çox nədən ibarətdir? Eləcə, müəyyən hadisələrin, proseslərin, müşahidələrin ümumilikdə mövzuların olduğu kimi (xammal şəklində!) nəzmə çəkilməsindən. Həm də necə nəzmə çəkilməsindən? Dediyim kimi, xammal şəklində, ədəbi təfəkkürdən emal olunmadan.
Məhz bu baxımdan da Səməd Vurğunun sadəcə yazmaq vərdişi, nəzm vərdişi böyük idi, istedadı, yaradıcı laboratoriyası, təfəkkür energetikasındakı emaletmə potensialı, ekstaz anı, yaratmaq vərdişi yox.
Fundamental mətnin, sənətin yaradılışında vəhdət təşkil edən qeyd etdiyim bu amillər Səməd Vurğunda böyük deyildi. Hətta deyərdim ki, son dərəcə darısqal idi, kiçik idi.
Ədəbi müstəvidə bunlar çox incə və ciddi mətləblərdi.
... Yeri gəlmişkən, elə bu məqamda misal olaraq hamının tez-tez adını çəkdiyi “Azərbaycan” şeirinə üz tutaq.
Müəyyən bədii ştrixlərin fonunda populizmdən, sentimental şüarçılıqdan, publisistik fikir harmoniyasından başqa, nə var axı, “Azərbaycan” şeirinin mahiyyətində?
Gerçək sənəti, ədəbiyyatı ortaya qoyacaq yaradıcı masştab yoxdur, axı...
Niyə, “bütləşdirirsiniz” və ya niyə “bütləşdirilməlidir” ki?
Digər tərəfdən, “hamı əzbər bilir”... “hamı sevir”... “sadə dildə yazıb”... faktları, detalları haçandan sənətin meyarı, təsdiqi, müəllifin yaradıcı potensialının göstəricisi olub?
Yazılan əsər keyfiyyət baxımından dəyərləndirilər, kəmiyyət baxımından yox...
Səməd Vurğunun adı çəkilən kimi ancaq çoxluq (kəmiyyət), eləcə də çoxluğun üzərindəki müəllifin duyğu manipulyasiyası faktı meydana gəlir (çünki yazdıqlarının gerçək üzü buna əsas verir), demək olar ki, Səməd Vurğunu hər zaman ancaq çoxluqla (kəmiyyətlə) şərh edirlər. Təbii ki, bu isə sənətkarlığın isbatı yox, kütləviliyin, kütləvi olmağın təqdimlərindən biridir.
Məsələn, Səməd Vurğun Salvador Dali ilə demək olar ki, eyni bir dövrdə yaşayıb. Dönün, Salvador Dalidəki (sənətə xas olan!) yaradıcı mexanizmə baxın, sonra gəlin, Səməd Vurğunun yazdıqlarının mahiyyətinə baxın.
Qeyd etdiyim bu nüansda məqsədim Səməd Vurğunu Salvador Dali ilə müqayisə etmək deyil. Əsla! Səməd Vurğun Salvador Dalidəki yaradıcı potensialla müqayisəyə belə gələ bilməz. Sadəcə, məgər Səməd Vurğun görmürdümü gerçək sənət, yaradıcılıq, müəllifdə yaradıcı blokun varlığı nə deməkdi, necə olmalıdır? Əgər varsa hansı şəkildə özünü əks etdirməlidir? Məgər görmürdümü?
Bir sözlə, nəzmə çəkmək hələ yaradıcılıq nümayiş etdirmək, fundamental ədəbi təfəkkür ortaya qoymaq demək deyil.
Kütlə təfəkkürü isə sənətkarlığı məsələnin nəzm, ahəng hissəsində görür. Bu da yanlışlıqdan başqa heç nəyi ifadə etmir.