vaxtlı-vaxtında oxuyun! Cümə, 5 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ƏDƏBİYYAT  
Yazıçıların ənənəvi problemi 19:08 | 30 aprel 2025 | Çərşənbə Məqaləyə 215 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yazıçıların ənənəvi problemi

Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur

Cavid RAMAZANOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Sırf yaponlara aid bir incəlik var, elə bir incəlik ki, başqa heç harda rast gəlməzsən. Sakura çiçəklərinin tamaşasına duran, qüruruna toxunanda isə qılıncla özünə qəsd edən bir incəlikdən gedir söhbət. Köhnə yapon yazıçılarında bu incəliyin dərin ifadəsini görürsən – Akutaqavada, Kavabatada, Abedə. Müasir yapon yazıçısı Mieko Kavakami də bu incəliyi ifadə etməyə çalışıb. Çox tərifləyirdilər romanını, amma o deyil. Yaxşı məqamlar olsa da, ümumən səthi gəldi mənə.

Samballı roman odur ki, oxuyanda deyirsən, bunu yazmaq üçün hünər lazımdır. Hətta bəzən əsəbləşməli, qibtə eləməlisən ki, mən bunu qətiyyən yaza bilməzdim, gör necə yazıb! Bu hissi keçirmirsənsə, deməli, Kavakami kimi ortababla üz-üzəsən. Yeganə xoşuma gələn cəhəti dilinin poetikası oldu, yaradıcılığa şairə kimi başlayıb, yəqin, ondandı. Şair yazıçıların ənənəvi problemi – dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur. Bəli, nasir olmaq doğrudan da başqa meyarlar tələb edir. Necə ki, şair doğulursan, eləcə də nasir doğulursan. Bu qədər sadə.