vaxtlı-vaxtında oxuyun! Cümə, 12 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
Uzunmüddətli müştərilərə endirim vədi 12:29 | 12 sentyabr 2025 | Cümə Məqaləyə 91 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uzunmüddətli müştərilərə endirim vədi

AB “Microsoft”a qarşı aparılan rəqabət araşdırmasını bağladı

XALİDƏ

Avropa Birliyi (AB), ABŞ mərkəzli texnologiya şirkəti “Microsoft”un söhbət və onlayn iclas platforması “Teams” ilə bağlı öhdəliklərini qəbul edərək, aparılan rəqabət araşdırmasını yekunlaşdırıb.

AB Komissiyası, “Microsoft”un “Teams” platformasında yaranmış rəqabət narahatlıqlarını aradan qaldırmaq məqsədilə verdiyi öhdəlikləri qəbul etdiyini və bu öhdəliklərin AB qaydaları çərçivəsində bağlayıcı olacağını açıqlayıb.

Qeyd olunub ki, “Microsoft”un öhdəlikləri “Teams”i “Office 365” və “Microsoft 365” paketlərində yer alan “Word”, “Excel”, “PowerPoint” və “Outlook” kimi tətbiqlərlə birləşdirməsi ilə bağlı yaranan narahatlıqları əhatə edir. Bu çərçivədə “Microsoft”, “Teams”i daxil etməyən və endirimli qiymətli paketləri də istifadəyə verəcək.

Öhdəliklərə əsasən, uzunmüddətli lisenziyaya sahib müştərilər “Teams”siz paketlərə keçə biləcək, “Teams” və bəzi “Microsoft” məhsulları ilə rəqabət aparan kommunikasiya alətləri arasında əsas funksionallıq üzrə uyğunluq təmin ediləcək, həmçinin müştərilər öz məlumatlarını “Teams”dən başqa platformalara da köçürə biləcəklər.

AB 2023-cü ildə “Microsoft”un “Teams”i “Office” ilə birləşdirərək Birlik rəqabət qaydalarını pozduğunu iddia edərək araşdırma başlamışdı. AB ölkələrində fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabət pozuntularını yoxlama səlahiyyəti AB Komissiyasına aiddir.

Komissiya, rəqabət pozuntuları müəyyən edildikdə şirkətləri xəbərdar edir, pozuntu davam edərsə yüksək maliyyə cəzaları tətbiq edir. Bəzi hallarda şirkətlər, araşdırmanın bağlanması və cərimədən qaçmaq üçün Komissiyanın narahatlıqlarını aradan qaldıracaq öhdəliklər verərək uzlaşma yolunu seçirlər.