
Trampdan Çikaqo təhdidi
“Deportasiya qoxusunu sevirəm”
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Hafizəmizdən silinməyəcək mənzərə
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
Minimum gömrük qiymətləri 10%-dən 15-ə qaldırıldı
ABŞ Prezidenti yaxın günlərdə yeni FED üzvü və statistikasının rəhbərini açıqlayacaq
ABŞ “Böyük Yeddilik” (“G7”) ölkələrini Çinə və Hindistana qarşı yeni gömrük tarifləri tətbiq etməyə çağıracaq. “Financial Times” qəzetinin məlumatına görə, bu addımın səbəbi həmin ölkələrin Rusiyadan neft idxalını davam etdirməsi göstərilir.
Məsələ ilə bağlı dörd müxtəlif mənbəyə əsaslanan xəbərdə qeyd olunur ki, ABŞ bu təşəbbüslə Moskvanı Ukrayna ilə sülh danışıqlarına məcbur etməyi hədəfləyir. “G7”nin maliyyə nazirləri yaxın bu gün keçiriləcək videokonfransda ABŞ-ın təklifini müzakirə edəcəklər. Bu proses ABŞ Prezidenti Donald Trampın barışıq əldə etmək istiqamətində səylərini artırdığı bir dövrə təsadüf edir.
ABŞ Maliyyə Nazirliyinin sözçüsü “Financial Times”a açıqlamasında Çinin və Hindistanın davam edən neft alışlarının Vladimir Putinin müharibə maşınını maliyyələşdirdiyini və bunun müharibəni uzatdığını deyib. Onun sözlərinə görə, Vaşinqton müharibə bitən gün aradan qaldırılacaq, amma indilikdə mənalı təsir göstərə biləcək tariflər tələb edir.
Mənbələr bildirir ki, ABŞ 50% ilə 100% arasında dəyişən yeni vergilər təklif edir. Ötən ay Vaşinqton Hindistanın Rusiyadan neft idxalını əsas gətirərək bu ölkədən edilən bəzi mallara tətbiq olunan tarifləri ikiqat artırmışdı. Bu ilin əvvəlində isə Tramp Çindən idxal olunan mallara yeni tariflər tətbiq etmiş, lakin daha sonra həmin rüsumları qismən azaltmışdı.
“G7”yə ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniya daxildir.