
Çətən – xovsuz xalça növü
Üç üsulla toxunan xalça iki məqsədlə istifadə olunur
Üç üsulla toxunan xalça iki məqsədlə istifadə olunur
Qarabağdan oğurlanıb Amerikada satılan bu xalçaların sahibi axtarılır
Üzərində üzüm tənəkləri və rəngarəng güllər təsvir edilən xalının alıcısı anonimdir
ABŞ prezidentinin iş otağının fotoları yayıldı
ABŞ prezidentinin iş otağının fotoları yayıldı
ABŞ prezidentinin iş otağının fotoları yayıldı
ABŞ prezidentinin iş otağının fotoları yayıldı
Bu yaxınlarda (may ayının əvvəllərində) İçərişəhərdə keçirilən növbəti Xalça Festivalında diqqətimi cəlb edən xalça rəsmlərindən biri də çoxlu sayda dəvələrin təsvir olunduğu “Şəddə” adlı rəsm-xalça oldu.
Bu rəsm çox fərqli idi. Niyə? Çünki müəllif bu rəsmdə sistemi, ənənəni pozaraq dəvəli xalçalar cərəyanına (və ya qrupuna) bir yenilik gətirib.
Bildiyimiz kimi özəlliklə Azərbaycan xalçaçılıq məktəbinə aid olan xalça növlərindən biri də “Dəvəli” xalçalardır. Xalçaçılar arasında və qədim folklorumuzda, məişətimizdə isə bunlara “şəddə” deyilir.
“Şəddə” Qarabağ xalça məktəbinə məxsus olan xovsuz xalça növüdür. Bu xalçalar 20-ci yüz ilin ortalarına qədər əsas etibarilə Ağcabədi, Ağdam, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Naxçıvanda toxunurdu.
Şəddənin üç növü var:
Birrəngli
Damalı
Süjetli
Süjetli şəddə növünə aid olan “Dəvəli” xalçalar daha çox məşhurdur. Bu xalçaların süjet təsvirlərində adətən karvan bir neçə üfüqi cərgə ilə soldan sağa hərəkət edir. Ancaq rəssam dostumuz Səidə Musayeva isə Xalça Festivalında nümayiş etdirdiyi “Şəddə” adlı rəsmində isə bu ənənəni qəsdən pozaraq mərkəzdəki cərgədə dəvələrin hərəkətini sağdan sola təsvir edib.
Bu rəsmdə ən maraqlı məqamlardan biri də odur ki, digər cərgələrdəki dəvələr ənənəvi “Dəvəli” xalçalardakı görünüşdə, ancaq mərkəzi cərgədəki dəvələr isə ağ rəngdə və Qobustan motivləri əsasında, cizgilərlə təsvir olunub.
Etiraf etməliyik ki, Səidə xanımın burada qədim xalçaçılıq ənənəsini pozaraq dekonstruksiya etməsi uğurlu alınıb. Və Qobustan motivləri dəvəli xalça təsvirlərinə yeni məzmun, yeni anlam gətirib.
Ümumiyyətlə, Qobustandakı qayaüstü cizgilər, təsvirlər Azərbaycanı dünya rəssamlığının ilk beşiyi adlandırmağımız üçün tam əsas verir (hərçənd ki, bu cür qədim təsvirlərə dünyanın bir sıra başqa yerlərində də rast gəlinir, ancaq Qobustandakı təsvirlər daha unikaldır).