Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:55 | 13 sentyabr 2025 | Şənbə
Məqaləyə 2148 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Rusiya pilotsuz uçuş aparatı (PUA) Rumıniyanın hava məkanını pozdu və bu ölkənin Hərbi Hava Qüvvələri tərəfindən (“F-16” qırıcısı ilə) vuruldu. Məntiqli sual yaranır: Putinin belə risklərə getməsinə, NATO-nu təxribata çəkməsinə nə ehtiyac var? Cavab hərbi müstəvidə deyil, siyasi-psixoloji müstəvidədir. Moskva bu kimi insidentləri Ukraynanın müttəfiqlərinə təzyiq vasitəsi kimi istifadə edir, qorxu, şübhə və parçalanma toxumları səpməyə çalışır.
Putinin əsas məqsədi bu gün Ukraynaya dəstəkdə mühüm rol oynayan ölkələri qorxutmaqdır. Bu günə söhbət Polşa və Rumıniyadan gedir. Hər iki ölkə silah və texnika tədarükündə həlledici logistika arteriyalarına çevrilib, Ukrayna ordusunun fəaliyyətini təmin edir. Rumıniya göz önündə NATO-nun şərq cinahında böyük hərbi mərkəzə çevrilir. Məhz buna görə də o, Rusiyanın siyasi və hərbi təxribatlarının hədəfinə çevrilib.
Putin üçün bu addımlar güc nümayişi yox, Qərbin birliyini və qətiyyətini sınağa çəkməkdir. O göstərmək istəyir ki, NATO-nun hava sərhədlərini poza bilər və cəzasız qala bilər, ümid edir ki, alyansın reaksiyası zəif və qərarsız olacaq. Əgər Buxarestdə və ya Varşavada NATO-nun 5-ci maddəsinin tam etibarlılığına dair şübhələr yaranarsa, bu, artıq Moskvanın qələbəsi deməkdir.
Bundan başqa, Kreml ABŞ-dakı daxili siyasi vəziyyətdən də istifadə edir. Putin Donald Trampın siyasi impotensiyasına güvənir. Tramp dəfələrlə NATO-nun dəyərini sual altına alıb və alyansa skeptik yanaşıb. Moskva bu şəraitdən yararlanaraq müttəfiqlər arasında etimadsızlıq toxumları səpməyə, Qərb blokunda parçalanma yaratmağa və əsas logistika ölkələrini kollektiv təhlükəsizliyə şübhə ilə yanaşmağa vadar etməyə çalışır.
Beləliklə, Rumıniyanın hava məkanının pozulması təsadüfi hadisə və ya səhv deyil (Tramp demişdi ki, bəlkə bu təsadüfən olub). Bu, Qərbin birliyini möhkəmliyə sınamaq üçün diqqətlə hesablanmış addımdır. Putin anlayır ki, hərbi yolla Ukraynaya dəstəyi sındıra bilməz, ona görə də psixoloji təzyiq və təxribat taktikasını seçir. O ümid edir ki, bir gün NATO daxilində şübhə toxunmları həmrəyliyi üstələyəcək.
Daha bir maraqlı məqam ondadır ki, Rusiya PUA-sının Rumıniya hava məkənına daxil olması Trampın “bu mənim yox, Bayden və Zelenskinin müharibəsidir” deməsinsən sonra baş verdi. Fikir verin ki, Tramp Putinin heç adını da çəkmir. Təbii ki, Trampın bu siyasi impotentliyi Putini ilhamlandırır.
Mənim fikrimcə ən optimal variant və Putinə adekvat cavab Rumıniya və Polşa HHM sistemlərinin Ukraynanın Qərbində yerləşdirməkdir. Bu həm Ukrayna HHQ-nin işini yungülləşdirəcək, həm də cəbhə xəttinə yaxın ərazilərdə daha çox HHM sistemləri yerləşdirməyə imkan verəcək.