
Açıq qapı olmayacaq ...
... Yaxud Vulfun davamçıları – “Yasamal qrupu”
... Yaxud Vulfun davamçıları – “Yasamal qrupu”
Yaxud poeziyanın sevgi və tənhalıqdakı aqibəti
“Anka” hekayəsindən danışanda nələrdən danışmalıyıq?
Özümü tanıyandan yazdığım kitab
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
Hekayə
Bəlkə kimlər üçünsə maraqlı olar
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
Bu gün böyük yazıçımızın haqqa qovuşduğu gündür
Üç müəllif tanışdır
Osamu Dazai – “İnsanlığımı İtirərkən” əsərinin təhlili
Realiti-şouların, Tik-Tokun bu qədər dəbə minməsinin səbəbi ...
“Hamı əzbər bilir”, “hamı sevir”, “sadə dildə yazıb” fikirləri yaradıcı meyar deyil
“Poeziya – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir”
... Yaxud insan necə dəyişilir?
Yeni kitabın hazırlıqları başladı. Burada bir neçə il boyunca Azərbaycan Dillər Universitetində dünya poeziyasından oxuduğum müharizələrin genişləndirilmiş variantı, eləcə də ayrı-ayrı illərdə dünya poeziyası haqqında mətbuatda çap olunmuş esselərim olacaq – Homerdən Danteyə, Bodlerdən Rilkeyə, Mallarmedən Miloşa, Selandan Eliota, Oktavio Pasdan Derek Uolkota, Paundan Şeymas Xiniyə... təxminən 50 şairi əhatə edən yazılar, üstəgəl, keçmişdən bugünə poeziya nəzəriyyələri... Vətənə-millətə xeyirli olsun!
Poeziya bütün zamanların içində indiki zamanı tapmaq sənətidir. Şair keçmişin içindən bu gün üçün də keçərli olanı, gələcək fərziyyələrinin içindən indidən boyu görünəni, hətta indiki zamanın içindən belə alternativ indiki zamanı tapmağa çalışır.
Bir vaxtlar ilk şeir kitabının adını “Ripostes” qoyan Ezra Paund da, deyəsən, elə bunu deyirdi: “Ripostes” – həmlələr, əks-hücumlar deməkdir. Paund bu anlayışı eskrimdən (qılıncoynatmadan) götürmüşdü. Eynilə qılıncoynadanların maska taxması kimi, Paund bu şeirlərdə ayrı-ayrı maskaların (personaların) arxasından danışır və eynilə bu idman növündə olduğu kimi, irəli doğru hücuma keçməmişdən qabaq üçün əvvəlcə bir neçə addım geriyə çəkilir, təkanını klassikadan götürürdü...