“Instagram”da yaş məhdudiyyəti
Gənc istifadəçilər üçün qadağalar tətbiq ediləcək
15:41 | 22 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 289 dəfə baxılıb
Şriftin ölçüsü
Gənc istifadəçilər üçün qadağalar tətbiq ediləcək
Səbəb milli təhlükəsizlik və ictimai nizam
Cəmiyyətin informatorları məsuliyyətli olmalıdır
Heyrətamiz internet vərdişi
Yaxud Lenin deyib ki, ...
“WhatsApp” yaradıcı status paylaşımı üçün dörd yeni funksiya təqdim edir
TV-lərin çıxış yolu ölməkdə olan reportaj janrını diriltməkdir
“Sizin üçün” səhifəsində nə var?
19 yaşlı gənc sosial şəbəkədə məşhur oyunu oynayarkən dünyasını dəyişib
Sorğuda iştirak edənlər arasında saxta hesabı olanların nisbəti yüksəkdir
Daha bir sosial media fenomeni sui-qəsdin qurbanı oldu
Mobil telefon tədqiqatının nəticələri alimləri təəccübləndirib
İstifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün ...
Qlobal problemin gənclərə və uşaqlara təsirinin qarşısını necə almaq olar?
Avstraliya dezinformasiya ilə mübarizədə sosial mediada şirkətlərini cəzalandıracaq
ABŞ-da 42 prokuror Konqresə məktub göndərib
Nə vaxtsa bənzər qənaətlərin içimdən sürətlə şütüyüb keçdiyi, ancaq yazmağa hazırlığımın, savadımın çatmadığı kitablardan ötrü ürəyim gedir. Mark Edmunsonun “Linç çağı: Sosial mediada super eqo” kitabı da onlardandır.
Bu kitab sosial media dövründə geniş vüsət alan mizantropluq, virtual qurbanvermə ayinləri, onlayn daş-qalaq, sosial media patologiyaları və özünü daim başqalarının həyatına, düşüncələrinə əsasən mövcud etmək və özünə öz potensialından böyük talelər uydurmaq məsələsini araşdırır. Müəllif yazır ki, sosial media fasiləsiz şəkildə təsdiq gözləyən, “kəşf et”ə düşmək istəyən, “önə çıxart” kimi teqlər nəticəsiz qalanda özündən başqa hamını günahkar çıxaran, heç cür bir işə fokuslana bilməyən, ancaq qəribə şəkildə “həmişə haqlı” bir kütlə yaradıb.
Edmunson kitabın mərkəzinə Ziqmund Freydin “Super eqo” anlayışını qoyub. Xudmani bir arayış. Freyd insan şüurunu şərti olaraq üç mərtəbəyə bölürdü: ən altda bütün seksual, cismani arzularımızın deposu olan İD var; ən üstdə başımızdan danlağı əskik olmayan ata və ya ictimai-siyasi, mədəni-əxlaqi hökmlər verən senzor kimi SUPER-EQO oturub; ortada isə altdakı (İD) ilə üstdəki (Super-eqo) arasında vasitəçilik edən, onları tənzimləyən EQO var. Müəllif deyir ki, Freyd özünün ən məşhur kitab olan “Sivilizasiya və onun narahatlıqları”nda Super-eqonun təhkükələri ilə bağlı xəbərdarlıq etmişdi.
Bu yığcam, oxunaqlı kitabda Edmunson təxminən belə deyir: get-gedə böyük əksəriyyətə elə gəlir ki, hamı onun kimi düşünməlidir; onun kimi düşünməyən varsa, ona hücum çəkmək lazımdır. Get-gedə, deyəsən, “məncə, mənə görə” sözləri sıradan çıxır, əksəriyyət öz fikrini, seçimini mütləqləşdirir, kateqorik hökmlərlə danışır. Bu, yeni növ infantilizmdir, yəni Freydin 95 il qabaq dedikləri özünü doğruldur, təəssüf ki.