Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:16 | 11 sentyabr 2024 | Çərşənbə
Məqaləyə 575 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın 42 ştatının baş prokurorları Konqresi sosial media platformalarında bu platformaların uşaqların psixi sağlamlığına təsiri ilə bağlı xəbərdarlıqlar yerləşdirməyə çağırıb.
“Washington Post” qəzetinin yazdığına görə, baş prokurorlar sosial media platformalarının mümkün təhlükələri ilə bağlı ABŞ Konqresinə məktub göndərib.
Nyu-York, Kaliforniya, Kolorado və Kentukki də daxil olmaqla 42 ştatın baş prokuroru uşaqların psixi sağlamlığına mənfi təsir göstərəcək məzmunlarla bağlı sosial media platformalarında xəbərdarlıqların yerləşdirilməsinin gənclərə zərər vurma riskinin azaldılması istiqamətində mühüm addım olacağını bildirib”.
Məktubda həmçinin qeyd olunub ki, tələb olunan xəbərdarlıqlar təkcə sosial media platformalarının gənclər üçün yaratdığı riskləri vurğulamaqla yanaşı, həmçinin bu platformalara nəzarətdə diqqəti, araşdırmanı və investisiyaları təşviq etmək üçün digər səyləri dəstəkləyəcək.
ABŞ-ın İctimai Səhiyyə Departamentinin rəhbəri Vivek Mörti iyunun 17-də “New York Times” üçün yazdığı məqalədə federal qanunvericiləri gənclərin psixi sağlamlığına ciddi ziyan vuran sosial media platformalarına xəbərdarlıq etməyə çağırıb.
Tütün məmulatlarının üzərinə qoyulan xəbərdarlıqları misal gətirən və bu cür xəbərdarlıq mətnlərinin işlədiyini deyən Mörti, bunların valideynlərə və gənclərə sosial medianın təhlükəsiz olmadığını xatırladacağına diqqət çəkib.
Texnologiya şirkətlərini zorakılıq, narkomaniya və cinsi sui-istifadə kimi uşaqlara zərərin qarşısını almaq üçün “ağlabatan” addımlar atmağa məcbur edən və uşaqların onlayn məlumatlarının mövcud mühafizəsini genişləndirən qanun layihəsi iyul ayında ABŞ Senatı tərəfindən qəbul edilib.
ABŞ-ın bəzi ştatları uşaqların sosial media saytlarına girişini məhdudlaşdırmaq və ya şirkətləri gənc istifadəçilər üçün mümkün risklərin qarşısını almağa məcbur etmək üçün bir sıra qanun layihələri qəbul edib.