
Gənclər internetsiz həyat istəyir?
Sorğuda iştirak edənlər arasında saxta hesabı olanların nisbəti yüksəkdir
Sorğuda iştirak edənlər arasında saxta hesabı olanların nisbəti yüksəkdir
Daha bir sosial media fenomeni sui-qəsdin qurbanı oldu
Mobil telefon tədqiqatının nəticələri alimləri təəccübləndirib
“Məncə, mənə görə” sözləri sıradan get-gedə çıxır
İstifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün ...
Qlobal problemin gənclərə və uşaqlara təsirinin qarşısını necə almaq olar?
Avstraliya dezinformasiya ilə mübarizədə sosial mediada şirkətlərini cəzalandıracaq
ABŞ-da 42 prokuror Konqresə məktub göndərib
Uşaqların mobil telefon və sosial şəbəkələrdən istifadəsi ölkə boyu müzakirə olunur
Yaşca kiçiklər üçün sosial media hesabları yaratmaq mümkün olmayacaq
Fransız alimlərindən xəbərdarlıq: “Alqoritmlər asılılıq dinamikası yaradır”
... Yaxud çəkilməyən filmin müzakirəsi
Mark istəyir ki, ac qalaq, ABŞ-a möhtac qalaq
Gözü özgəsində olanın sözü də özgəsinin olar... - ll yazı
l yazı
Seriallardakı sevginin axtarışı və ya sosial şəbəkə qurbanları
Yeni Zelandiyada bir yeniyetmə sosial mediada məşhur “Run It” oyununu oynayarkən ölüb. Oyun təhlükəli olduğu üçün mübahisələrə səbəb olub.
Yeni Zelandiya mətbuatında çıxan xəbərlərə görə, ölkənin Şimal adasındakı Palmerston North bölgəsində yaşayan Rayan Sattertueyt, sosial mediada trend olan və iştirakçıların heç bir qoruyucu vasitə istifadə etmədən bir-birlərinə doğru qaçaraq toqquşduğu “Run It” oyununu dostları ilə oynayıb.
19 yaşlı Rayan oyun zamanı başından aldığı ağır zərbədən sonra xəstəxanada dünyasını dəyişib və bu, oyun təhlükəli hesab edildiyi üçün mübahisələrə səbəb olub.
Səlahiyyətlilər Rayanın ölümünü “faciə” kimi qiymətləndirərək, “Biz bu cür oyun və ya fəaliyyətdə iştirak etməyi düşünən hər kəsi ciddi təhlükəsizlik və yaralanma risklərini nəzərə almağa çağırırıq”, – deyiblər.
Səlahiyyətlilər hadisə ilə bağlı cinayət işinin olmadığını və məhkəmə-tibb ekspertizasının davam etdiyini bildiriblər.
Ölüm keçən həftə Oklenddə keçirilən “Run It Straight” yarışmasından sonra baş verib. Səkkiz nəfərin 20.000 Yeni Zelanda dolları mükafatı uğrunda mübarizə apardığı tədbirdə iki nəfər huşunu itirərək xəstəxanaya aparılıb.