
Qapısının ağzında güllələndi
Daha bir sosial media fenomeni sui-qəsdin qurbanı oldu
Daha bir sosial media fenomeni sui-qəsdin qurbanı oldu
Mobil telefon tədqiqatının nəticələri alimləri təəccübləndirib
“Məncə, mənə görə” sözləri sıradan get-gedə çıxır
İstifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün ...
Qlobal problemin gənclərə və uşaqlara təsirinin qarşısını necə almaq olar?
Avstraliya dezinformasiya ilə mübarizədə sosial mediada şirkətlərini cəzalandıracaq
ABŞ-da 42 prokuror Konqresə məktub göndərib
Uşaqların mobil telefon və sosial şəbəkələrdən istifadəsi ölkə boyu müzakirə olunur
Yaşca kiçiklər üçün sosial media hesabları yaratmaq mümkün olmayacaq
Fransız alimlərindən xəbərdarlıq: “Alqoritmlər asılılıq dinamikası yaradır”
... Yaxud çəkilməyən filmin müzakirəsi
Mark istəyir ki, ac qalaq, ABŞ-a möhtac qalaq
Gözü özgəsində olanın sözü də özgəsinin olar... - ll yazı
l yazı
Seriallardakı sevginin axtarışı və ya sosial şəbəkə qurbanları
Şifrələmə nöqsanı mesajları «ifşa edirmiş»
Yeni bir araşdırmaya görə, İngiltərədəki gənclərin demək olar ki, yarısı internetsiz bir dünyada yaşamağa üstünlük verir. Aparılan araşdırmalar göstərir ki, 16-21 yaş arası gənclərin təxminən 70 faizi sosial mediada vaxt keçirdikdən sonra özlərini daha pis hiss edirlər.
Respondentlərin yarısı axşam saat 22:00-dan sonra müəyyən proqram və saytlara girişlərini məhdudlaşdıran “rəqəmsal komendant saatı”nı dəstəkləyib, 46 faizi isə ümumiyyətlə internetin olmadığı bir dünyada gənc olmağa üstünlük verəcəyini bildirib.
***
Respondentlərin dörddə biri gündə dörd və ya daha çox saatı sosial mediada keçirir, sorğuda iştirak edənlərin 42 faizi isə internetdə etdikləri ilə bağlı valideynlərinə və qəyyumlarına yalan danışdığını etiraf edib.
Respondentlərin 42 faizi internetdə yaşları barədə yalan danışdıqlarını, 40 faizi saxta hesaba sahib olduqlarını, 27 faizi isə özünü tamamilə fərqli biri kimi göstərdiyini etiraf edib.
***
Britaniya Standartları İnstitutu tərəfindən aparılan araşdırmada 1293 gənc arasında sorğu aparılıb və müəyyən edilib ki, iştirakçıların 27 faizi internetdə olduqları yerləri tanımadıqları şəxslərlə paylaşıblar.
“The Guardian” qəzetinin məlumatına görə, eyni sorğuda iştirakçıların dörddə üçü pandemiya səbəbiylə internetdə daha çox vaxt keçirdiklərini, 68 faizi isə internetdə keçirdikləri vaxtın psixi sağlamlıqlarına zərər verdiyini düşündüyünü bildirib.
***
“Molly Rose” Fondunun intiharın qarşısının alınması xeyriyyə təşkilatının baş icraçı direktoru Endi Burrus, gənclərin onlayn risklərdən xəbərdar olduqlarının aydın olduğunu və eyni zamanda texnologiya şirkətlərindən onları qorumaq üçün tədbirlər görmələrini tələb etdiklərini deyib.
O, əlavə etdi ki, alqoritmlər heç bir günahı olmadan gəncləri tez bir zamanda zərərli və əsəbi materialın qurbanına çevirə bilər.