
TikTok alqoritmində yenilik
“Sizin üçün” səhifəsində nə var?
“Sizin üçün” səhifəsində nə var?
19 yaşlı gənc sosial şəbəkədə məşhur oyunu oynayarkən dünyasını dəyişib
Sorğuda iştirak edənlər arasında saxta hesabı olanların nisbəti yüksəkdir
Daha bir sosial media fenomeni sui-qəsdin qurbanı oldu
Mobil telefon tədqiqatının nəticələri alimləri təəccübləndirib
“Məncə, mənə görə” sözləri sıradan get-gedə çıxır
Amma dəyər yarada bilmirik
İstifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün ...
Qlobal problemin gənclərə və uşaqlara təsirinin qarşısını necə almaq olar?
Avstraliya dezinformasiya ilə mübarizədə sosial mediada şirkətlərini cəzalandıracaq
ABŞ-da 42 prokuror Konqresə məktub göndərib
Uşaqların mobil telefon və sosial şəbəkələrdən istifadəsi ölkə boyu müzakirə olunur
Yaşca kiçiklər üçün sosial media hesabları yaratmaq mümkün olmayacaq
Fransız alimlərindən xəbərdarlıq: “Alqoritmlər asılılıq dinamikası yaradır”
... Yaxud çəkilməyən filmin müzakirəsi
Mark istəyir ki, ac qalaq, ABŞ-a möhtac qalaq
Hazırkı vəziyyətdə televiziyaların (digər media növlərində eynilik olsa da, fərqli vəziyyətdir) ayaqda qala bilməsi və davamlılığının təmin edilməsinin tək yolu unikal və təkrarsız kontent istehsalıdır. Yalnız bu halda, janrından asılı olmayaraq, medianın yaydığı informasiyaya real ehtiyac və bunun təsiri ilə tələbin formalaşması mümkündür.
Əslində, sosial şəbəkələrdə məşhurlaşan, trend, brend, fenomen və ya başqa nələrsə olan şəxsləri və mövzuları efirə çıxartmaq bu gün üçün reytinqli görünmüş olsa da, uzunmüddətli strategiyanın olmamasının və bilərək TV-lərin gələcəyinin uçuruma doğru itələndiyinin göstəricisidir.
Bəziləri düşünə bilər ki, TV gündəm formalaşdırma mexanizmində sosial şəbəkələrə uduzur. Əslində, elə deyil, çünki TV-nin etibarlılıq amili hələ də sosial şəbəkələrdən yuxarıdır. Amma o, özünün gündəm formalaşdırma mexanizmindən istifadə etməyərək onu yadırğayır. Bu isə həm qeyri-peşəkarların sayının artmasının, həm də uzunmüddətli deyil də, günlük rəqəm arxasıyca qaçan menecerlərin günahıdır. Gündəlik rəqəmlər arxasına qaçmaq deyəndə, ağlınıza bildiyimiz reytinq gəlməsin. Burada məqsəd mövzuları götürmüş olduğu sosial şəbəkələrdə yenidən həmin mövzu ilə trend olmaq, “kəşf edə” düşüb daha çox baxış yığmaqdır.
Uzun sözün qısası, davamlılığı təmin etmək üçün TV-lər sosial şəbəkələrdə trend olan mövzuları öz gündəmlərinə yox, TV-də istehsal olunan unikal kontenti sosial şəbəkələrin gündəminə gətirməlidir.
Söhbət təkcə əyləncə və şou formatından getmir. Əgər televiziyada xəbərləri izləyirsinizsə, əminəm ki, müxtəlif kanallarda yayımlanan xəbərlərin bir-birinin təkrarı olmaqla yanaşı, eyni zamanda artıq sosial şəbəkələrdən məlumatlı olduğumuz materiallar olduğunu görürsünüz.
Yeri gəlmişkən, xəbər verilişlərinin davamlılığının təmini üçün çıxış yolu xəbər yaymaqda deyil, onu detallı araşdırmaq və sosial şəbəkələrdən daha detallı təqdim etməkdə, eyni zamanda yenidən reportaj janrını ön plana keçirməkdədir. Reportaj janrı isə yavaş-yavaş ölür…