
Azərbaycanın regional gücü artır
Ölkəmiz Transxəzər fiber-optik kabel xətti ilə texnoloji potensialını böyüdür
Ölkəmiz Transxəzər fiber-optik kabel xətti ilə texnoloji potensialını böyüdür
“Şuşa Bəyannaməsi”nin 4 ili tamam olur
“Hraparak”: “Təxminən 180 verib, əvəzində 25 alacaq”
Rusiyadan sonra Hindistan öz silahlarını Ermənistana sırıyır
Azərbaycanın Cənubi Qafqazda dominant olması Rusiyanı narahat edir
Ermənistan Fransadan, yoxsa Hindistandan hərbi təyyarə alacaq?
Azərbaycan-Ermənistan sülh danışıqları və Zəngəzur düyünü
Bəs senatoru Bakıya gətirən səbəblər hansılardır?
“3 qardaş”a qarşı Hindistan-İran-Ermənistan ittifaqı
Rusiya ukraynalı nazirin Bakıya gəlişini niyə həzm edə bilmir?
Rusiya Ermənistanda yeni lider axtarır
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
“Qoca qitə”də güc nümayişi
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Putin tarixi mövzularda müsahibələr verməyi, çıxış etməyi çox sevir. Onun çevrəsindəki məmurlar, nazirlər də Kremldəki qocanın bu xəstəliyinə yoluxublar.
Lavrov, Narışkin, Patruşev, Medvedyev də yeri gəldi-gəlmədi tez-tez öz liderləri kimi tarixə ekskurs edir və xüsusən də son 200 ildə baş verən tarixi olayları qəsdən təhrif edir, bu və ya digər tarixi hadisəyə öz geosiyasi maraqlarına uyğun məna, anlam yükləyirlər. Əlbəttə, onların hamısı, necə deyərlər, yarımçıq “tarixçi”lərdir.
Daha doğrusu, heç biri ixtisasca tarixçi deyil. Putin də daxil olmaqla yuxarıda adlarını çəkdiyim şəxslər orta və ali məktəblərdə “Tarix” fənnindən həmişə aşağı qiymətlər alıblar. Lakin bu adamlar bu gün utanmadan tarixin dərin biliciləri rolunda çıxış edirlər. Mən bu barədə dəfələrlə yazmışam.
Bu gün yenidən bu mövzuda yazmaq qərarına gəldim. Çünki bildiyiniz kimi bugünlərdə Rusiyanın daha bir yüksək rütbəli məmuru yaxın tarixlə bağlı yanlış fikir səsləndirib. Söhbət Vladimir Medinskidən gedir.
Adam Rusiya prezidentinin köməkçisidir. Həmçinin, Ukrayna ilə bağlı İstanbulda keçirilən danışıqlarda da əsas fiqur kimi Rusiyanı təmsil edib.
Medinski Diplomatiya İnstitutunda (məşhur MGİMO-da) təhsil alsa da, lakin heç vaxt praktik diplomatiya ilə məşğul olmayıb. Yəni ki, peşəkar diplomat deyil.
Öz liderindən fərqli olaraq Medinski ixtisasca tarixçidir. Hətta tarix elmləri doktorudur (paralel olaraq həm də politoloqdur, publisistdir, yazıçıdır).
Lakin Medinski pis tarixçi və vicdansız yazıçıdır. Çünki o da öz çıxışlarında, müsahibələrində və kitablarında Putin kimi tarixlə “oynamağı”, tarixi həqiqətləri saxtalaşdırmağı, tarixi faktları situasiyanın tələbindən asılı olaraq gah bu, gah da digər formada şərh etməyi, interpretasiya etməyi çox sevir. Bu isə fahişəliyin başqa bir formasıdır. Bəli, müasir dünyamızda ənənəvi və siyasi fahişəliklə yanaşı, “tarixçi” fahişəliyi də çox geniş yayılıb.
Lakin hər kəs bilməlidir ki, tarixə bu cür mənəviyyatla (daha doğrusu, mənəviyyatsızlıqla) müdaxilə etmək təhlükəli tendensiyadır. Tarixlə oynamaq həqiqətən də çox təhlükəlidir.
Bizim orta məktəbdə bir tarix müəllimimiz vardı – Fazil müəllim. İkinci Dünya müharibəsinin iştirakçısı olan və bəzi sözləri Osmanlı türkcəsi ilə tələffüz edən rəhmətlik Fazil müəllim həmişə deyərdi ki, tarix olduqca təhlükəli silahdır, çünki işğalçı ölkələrin liderləri tarixdən öz işğalçılıqlarına haqq qazandırmaq və ya xalqları əsarətdə saxlamaq üçün sui-istifadə edir, tarixə müxtəlif cür don geyindirirlər. Fazil müəllim bu fikrində tam haqlıydı.
Yeri gəlmişkən, almanların “Kiçik Alman yolu” ilə birləşməsi planını həyata keçirən Almaniya imperiyasının “dəmir kansler” adlandırılan ilk kansleri Otto fon Bismark da tarix və işğallarla bağlı bu cür imperialist düşüncəyə, zorakı yanaşmaya sahib idi. O, həmişə öz generallarına deyərdi ki, “siz yeni torpaqları tutun, sonra tarixçilərimiz həmin torpaqların bizimki olduğunu isbat edərlər”.
Və yaxud, Bismarkın belə bir məşhur ifadəsi də vardı: “Siz Almaniyanı ata mindirin, çapmağı özü bacaracaq”. Gördüyünüz kimi bu ifadədə də olduqca dərin bir alt məna, subliminal mesaj gizlənib. Bu mesajda da tarixlə işğalçılığın uzlaşması müşahidə olunur.
Medinskinin Ukrayna məsələsinin “nəhəng Qarabağ”a (гигантский Карабах) çevrilə biləcəyi ehtimalıyla çıxış etməsi və Qarabağı “mübahisəli ərazi” kimi təqdim edərək, yersiz və əsassız müqayisələndirmə aparması da yaxın tarixi keçmişə Kremlin maraqlarına uyğun don geyindirmək cəhdi və müasir rus neoimperializminin boy göstərməsidir.
“Rusiyaya dönüş” konsepsiyasının müəllifi olan V.Medinskinin gözünə bu saat hər yer Rusiyanın “tarixi ərazi”ləri kimi görünür. Onlar Kremlin Ukraynaya qarşı işğalçı müharibəsinə də məhz bu baxış bucağından (“russkiy mir”-”rus dünyası”) çıxış edərək haqq qazandırmağa çalışırlar.
Lakin Medinski pis tarixçi olduğuna görə keçmiş “Qarabağ münaqişəsi” ilə Rusiyanın Ukraynaya hazırkı müdaxiləsinin tamamilə fərqli müstəvilər olduğunu ayırd edə bilmir. O, naşı tarixçi kimi çıxış edir. Naşılığı o dərəcədə ifrat səviyyədır ki, hətta Stanislav Tarasov kimi qatı ermənipərəst ekspert də Medinskinin bu cür qeyri-peşəkar və məsuliyyətsiz açıqlamasından heyrətlənib. Çünki Medinski hələ də anlamayıb ki, “Qarabağ münaqişəsi” artıq presedent və ya istinad mənbəyi deyil, keçilmiş tarixdir. Və ya dərsdir. Üsütəgəl, Qarabağ heç vaxt mübahisəli ərazi olmayıb.
Beləliklə, Kremlin ideoloqlarından biri sayılan V.Medinski son müsahibəsində əcaib müqayisə metodu ilə öz “tarix” konsepsiyasını yaratmağa çalışdı, lakin biabırçı vəziyyətə düşdü. Və hətta Mariya Zaxarova kimi imperiya nökəri də tez-tələsik əl-ayağa düşərək Medinskinin səhvini düzəltməyə, malalamağa çalışdı, sonda isə etiraf etdi ki, Qarabağ mübahisəli ərazi deyil və Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır.
Beləliklə, Qarabağ gerçəyi Medinskinin üzünə vurulan tarixi şillə oldu.
P.S. Bax belə. Rusiya liderlərinin tarix fənnindən “2” ya “3” qiymət almaqları bu gün nəinki Rusiyanın, hətta bütün dünyanın başında çatlayır.