
Yarım qalan vida məktubu
Osamu Dazai – “İnsanlığımı İtirərkən” əsərinin təhlili
Osamu Dazai – “İnsanlığımı İtirərkən” əsərinin təhlili
Poeziya keçmişdə zamanda indini tapmaq sənətidir
Realiti-şouların, Tik-Tokun bu qədər dəbə minməsinin səbəbi ...
“Hamı əzbər bilir”, “hamı sevir”, “sadə dildə yazıb” fikirləri yaradıcı meyar deyil
“Poeziya – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir”
... Yaxud insan necə dəyişilir?
Taleyin dramatik təqdimatını nümayiş etdirən əsər niyə qadağan edilmişdi?
... Yaxud Lenin babasının xələfləri
Dəli dahilər, yoxsa dahi dəlilər?
Ən güclü şeirlər canlı təsəvvür oyadanlardır
... yaxud uşaqlarımız nə oxuyur?
Gənc deyilsən artıq...
Ədəbiyyata gəlmək asan, davam gətirmək çətindir
Şəkillərdə yaxşı düşür uzaqlıq
... Yaxud nə vaxtsa adı sevgi olan şey
Amma bu “ağ ədəbiyyat” nədirsə sizi qıracaq
“Dublin ədəbiyyat mükafatı”nın qısa siyahısı açıqlanıb.
Percival Everett (ABŞ) – “Ceyms”
Bu roman Amerika ədəbiyyatının klassiki Mark Tvenin “Haklberi Finnin macəraları” əsərindəki qaçaq kölə Cimin (Ceyms) gözündən məlum əhvalatın yenidən yazılmasıdır. Burada Cim yeni bucaqdan – humanist, zəkalı və şəfqətli şəkildə təsvir olunur.
Daniel Meyson (ABŞ) – “Şimal meşələri”
Bu roman bir neçə əsr boyunca “New England” meşələrinin dərinliyindəki bir ev və onun sakinləri haqqındadır. Ən qədim Amerikan koloniyalarından bu günə qədər gəlib çıxan süjetdə sözügedən evin sakinləri ilə yanaşı oranı ziyarət edənlərin, qaçaqların, sevgililərin, böcəklərin – hamının əhvalatı iç-içədir. Romanda məktublar, şeirlər, gündəliklər, yol qeydləri əsas təhkiyəni müşayiət edir.
Selva Almada (Argentina) – “Bir çay deyil bu”
Roman iki nəfər kişinin rəhmətə getmiş dostlarının oğlunu balıq tutmaq üçün illər əvvəl öz atalarının boğulub öldüyü yerə – Parana çayına aparmasından bəhs edir. Həmin məkanda yerlilərlə bura balıq tutmağa gələnlər arasında gərginlik baş verir. Çünki bura sadəcə çay deyil...
Pol Linç (İrlandiya) – “Peyğəmbərin nəğməsi”
Müəllif bu əsəri Suriyadakı vətəndaş müharibəsini, köç dalğasını və Qərb dünyasının buna laqeydliyini göstərmək üçün yazdığını deyib. Dublində yaşayan sindikat lideri Larri ölkədəki fövqəladə vəziyyət əsas gətirilərək həbs olunur. Həyatı yoldaşı molekulyar bioloq Eyliş bir yandan xəbər-ətər çıxmayan ərinin izinə düşməli, bir yandan isə dörd uşağına baxmalıdır... Müəllif bu çətin ictimai-siyasi mövzunun altından, publisistikaya yuvarlanmadan, ustalıqla çıxıb.
Maykl Krammi (Kanada) – “Rəqib”
Gözdən-könüldən uzaq bir limanda təxribat baş verir, bundan sonra rəqib ticarət şirkətləri arasındakı nifaq güclənir. Bu qisas yarışında cəmiyyət bölünür, hamı tərəf tutmağa məcbur edilir. Tənqidçilər romanı sevginin gücü və məhdudiyyəti, korrupsiyanın ifşası haqqında güclü əsər hesab edirlər.
Gerda Blis (Holland) – “Biz işığıq”
“Səs və Sevgi Cəmiyyəti”nin lideri Melodiya öz tərəfdarlarına, müridlərinə deyir ki, bizə yemək lazım deyil, işıq və sevgi bəsimizdir. Ancaq Melodiyanın bacısı buna görə gözlərinin qabağındaca acından ölür. Qanun Melodiyanı cəzalandırmalıdır, yoxsa sənə inananlar könüllü şəkildə ölümü seçirlərsə, hər şeyə icazə var ?