
Elektron məlumatların təhlükəsi
Kağız formatda informasiyanı dəyişdirmək mümkün deyil
Kağız formatda informasiyanı dəyişdirmək mümkün deyil
Azərbaycan Milli Xalça Muzeyində kitab təqdimatı
Əsərləri 4 dilə tərcümə edilən yazıçı mükafat qazandı
Gələcək Elmlə Gələcək!
... Yaxud “Mənim adım Zorbadır”
“LİBRAFF” Nigar Köçərlinin ittihamlarına cavab verib
ABŞ prezidentini rüsvay edən kitabda nələr yazılıb?
Salam Sarvanın yeni kitabı işıq üzü gördü
... Yazmayln belə dərsliklər
Ölkədə iki şey ucuz olmalıdır ...
Yay tətili dövründə şagirdlərin mütaliəsinin təşkili ciddi problem olaraq qalır
... yaxud uşaqlarımız nə oxuyur?
Gənc deyilsən artıq...
Gənc alimin yeni kitabı bu cür adlanır
Prezidentdən daha bir sərəncam
Tirajı 1000-ə çatmayan nəşrlərin qiyməti «zilə» çıxır
Son vaxtlar kitab sevərlər özlərinə “Nə oxuyaq” sualını verirlər. Son dövrlər dünya oxucularının və kitabsevərlərinin maraq dairəsinə düşən kitabları sadaladıq. Qeyd edim ki, kitablar ingilis dilindədir.
Donal Rayan – Fırlanan ürək. D. Ryan İrlandiyanın “yeni dalğa” romançılığının öndə gedən müasir imzalarından biridir. Bu romanı xeyli diqqət çəkib. Polifonik romandır. Balaca bir kəndin sosial-psixoloji vəziyyəti 21 fərqli təhkiyəçinin dilindən nəql olunur. Maraqlı işdir. Özünəməxsus atmosferi və tərzi var.
Milan Kundera – Kimlik. Bu kitabı necə deyərlər, su kimi içilir. Kişi-qadın münasibətləri haqda intim, incə müşahidələr, qısqanclıq, fantaziya ümumiyyətlə həyat haqda bir romandır. Kundera yenə özünəməxsus şəkildə insan olmağın dərin, anlaşılmaz, qaçınılmaz mürəkkəblikləri haqda iti müşahidələrini, tapntılarını spesifik situasiyalarla bədiiləşdirib. Bəzi romanlarında hadisələrə ifrat-fəlsəfəçiliklə yanaşdığını görünsə də, bu romanda belə şeylər gözə dəymir. Roman səhifəbəsəhifə dramatik pikə doğru gedir, lakin sonu sanki, “vəziyyətdən çıxmaq” üslubundadı. “Deus ex machina”. Bununla belə çox zövq verir.
Milan Kundera – Gülünc sevgilər. Kunderanın hekayələr toplusu. İçində əla hekayələr var. Və yenə də hekayələr çox spesifik, həyati məqamlar üzərində qurulub.
Amos Oz – Qafiyələnən həyat və ölüm. Ədəbiyyat və həyat haqqında, uydurma və gerçəyin bir-birinin içindən keçərək vəhdətdə olmağı haqda bir roman. Zövq verir.
Deyvid Qrossman – Bir at bara girir. Möhtəşəm romandır. Bukerin də qalibi olub. Bir “stand-up” performansı üzərində qurulub. Ancaq bu öyrəşdiyimiz ənənəvi “stand-up” şousu deyil. Bir az komediya və əlbəttə ki, faciə.
Qraham Qrin – Macəranın sonu. Evli qadınla təlatümlü eşq yaşayan qəhrəmanın hekayəsi. Romanda sevgi, ehtiras və din, Tanrı, inanc mövzuları çox maraqlı şəkildə bir-birinə bağlanıb. Yüngülvari triller elementləri də var. Bəzi hissələrində ifrat sentimentallığa varsa da, ustalıqla yazılıb. Zövq verir.
Maykl Hullebecq – Elementar zərrəciklər. Tamamilə fərqli həyatlar yaşayan yarı-qardaşların məyusluqlarla dolu yaşamlarının xronologiyası və fonda müasir Qərb cəmiyyətinin əxlaqi çöküşü və seksual inqilabın, hippi hərəkatının radikal tənqidi. Romanda işlənməyən tabu mövzu qalmayıb. Ağlınıza nə gəlirsə. Müəllifin bir neçə digər romanında olduğu kimi, burda da blatant açıq-saçıqlıq, provokasiya var. Bu romanı yazarkən əlyazmanı əlində yelləyərək bir dostuna (ya da müxbirə) deyib ki, bu roman ya məni yazıçı kimi məhv edəcək ya da məşhur edəcək. Bu kişinin cəmiyyət haqdakı müşahidələrində kliniki sərrastlıq var. Əclaf həm də çox gülməlidir. Houllebecq böyük maraqla, həvəslə oxunan müəllifdəndir.
Per Petterson – Atları oğurlamaq vaxtıdır. Bir neçə nüfuzlu mükafat alıb, müəllifi dünyada tanıdıb. Bununla belə, birmənalı qarşılanmır. Bəyənən də var, çox darıxdırıcı hesab edən də.
Peter Handke – Qısa məktub, uzun əlvida. Handke sevilən yazıçılardandı. Bu romanda elə də çox şey baş vermir, asta tempi var, bununla belə oxumaqdan zövq alacaqsınız. Adamı atmosferə salır. Ekzistensial ədəbiyyat sevənlər üçün məsləhətdir.
Patrik Modiano – Axtarış sənədi. Bu əsər də nə ətdir, nə balıq. Bəyən də var, oxuyub bitirənə kimi canı çıxan da.
Filiph Rot – Can verən heyvan. Tipik “pervert Roth”. Yaşlı professorun tələbəsi ilə macəraları. Ehtiras, yaşlanmaq haqqında erotik-fəlsəfi bir əsər. 60-70-lərin Amerikasındakı seksual inqilab haqda maraqlı müşahidələr var. Roth sevilən yazıçılardandır. Bu romanı da maraqlı alınıb.
Yan Makevan – Çesil çimərliyində. Təzəlikcə evlənmiş, cinsi təcrübəsi olmayan iki gəncin zifaf günü; saf arzular, dilə gətirilməmiş gözləntilər və günün sonunda katastrof! Bir vaxtlar (təxminən 60-larda) İngiltərədəki cinsi repressiyanın, intim mövzularla bağlı ünsiyyətsizliyin fəsadları haqda şərh, yaxud tənqid kimi oxumaq olar. Roman həm də, böyük mənada peşmanlıq haqdadır. makevan hazırda yaşayan ən sanballı yazıçılardandı. Üslubu çox sevilir. Təhkiyəsi eleqantdır, personajların daxili portretini elə çəkir... adam məəttəl qalır. Usta yazıçıdır.
Yan Makevan – Sement bağçası. Yazıçının ilk romanıdır. Bu romanındakı təhkiyə minimallığı və soyuqluğu ilə sonrakı əsərlərindən fərqlənir. Belə bir debüt bir az cəsarət, bir az da risk (tabu mövzular, insekt) tələb edir. Günahkarlıq hissinin itməsi, yadlaşma və mənəvi tənəzzül haqda tükürpədici bir roman. Özünəməxsus bir atmosferi var. Elə bil pis bir yuxu görürsən. Bitirib kitabı bağlayıb və fikrə gedirsən – bu nə idi?
Pol Oster – İllüziyaların kitabı. Bir vaxtlar məşhur olmuş, lakin sonradan ortalıqdan tamamilə yoxa çıxmış səssiz film aktyorunun axtarışına çıxan baş qəhrəmanın qarşılaşdığı hadisələr. Son zamanlar bir şey aydın olub: Əvvəllər zövq versə də, artıq Osterin yaratdığı dünyalardan elə dəhşət təsir bağışlamır. Şübhəsiz ki, usta hekayəçidir. Ancaq bəzi kitablarında, məsələn, məhz bu romanda hadisəçilik, uzunçuluq və Amerikan pafosu var. Bəzən oxucunu yorur.