
“Hindistanı həll edəcəyik”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
4 mindən çox kənd su altında
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Hər iki ölkə iqtisadi əlaqələri gücləndirmək istəyir
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
Münasibətlərin normallaşmasına qərar verilib
ABŞ Rusiya neftindən qazananları fürsətçilikdə günahlandırır
Hindistanda sağlamlıq böhranı təhlükəsi ilə qarşı-qarşıya
Hindistan-Pakistan sərhədində gərginlik davam edir. İki nüvə dövlətinin qarşıdurması bölgədə gərginliyi artırıb. Beynəlxalq aləm yeni müharibə istəmir. Bəs iki dövlət arasında mövcud gərginliyi hansı dövlət və ya təşkilat azalda və ya vasitəçi rolunda çıxış edə bilər?
Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Ancaq Dehli bu təşkilatın vasitəçiliyini qəbul etməyəcək. Çünki, təşkilatın digər dövləti olan Çin Pakistanı dəstəkləyir. Digər üzv dövlət olan Rusiya isə ehtiyatlı mövqedən çıxış edib. Kreml sadəcə gərginliyin azalmasıyla bağlı bəyanat yayımlayıb. Bu arada, Hindistanın baş naziri Narendra Modinin Moskvada 9 May paradında iştirak etməyəcəyi açıqlanıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Hindistan başqa səviyyədə paradda təmsil olunacaq.
Belə vəziyyətdə yük yenə ABŞ-ın üzərinə düşəcək. Doğrudur, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi və İran mövzusuyla məşğul olarkən üçüncü problemin həllinə vaxt ayırmaq istəmir. Ağ Ev sahibi sadəcə, Hindistan və Pakistan liderlərinin münaqişəni bu və ya digər şəkildə həll edə biləcəklərinə əmin olduğunu bildirib. “Pakistan və Hindistan arasında çoxlu gərginlik var, lakin bu, həmişə belə olub”, – deyən Tramp bununla bu məsələ ilə məşğul olmaq istəmədıyinə eyham vurub.
Buna baxmayaraq, Vaşinqton iki nüvə dövləti arasında müharibə ehtimalının artmasına da seyrçi qala bilməz. Bu səbəbdən ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subramanyan Cayşankarla telefonla danışıb. Tərəflər regionda təhlükəsizlik məsələlərini və terrorizmlə mübarizədə əməkdaşlığı müzakirə ediblər. Rubio vurğulayıb ki, ABŞ Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsində Hindistanın etibarlı tərəfdaşı olaraq qalır. O, həmçinin Dehlini ölkələr arasında gərginliyi azaltmaq və regionda sülhü möhkəmləndirmək üçün Pakistanla əlaqə saxlamağa çağırıb.
Hindistanla Pakistan arasında gərginlik də göstərir ki, Donald Tramp bir çox dünyəvi məsələlərin həllindən uzaqlaşmağa çalışsa da, elə problemlər var ki, orada Vaşinqtonun vasitəçiliyinə ehtiyac duyurlar. Çin və Rusiya nə qədər çoxqütblü dünyanın formalaşmasına çalışsalar da, hazırda Hindistanla Pakistan arasında gərginliyi azaltmaq imkanına malik deyillər.