vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 9 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ƏDƏBİYYAT  
Açıq qapı olmayacaq ... 14:51 | 9 iyun 2025 | Bazar ertəsi Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Açıq qapı olmayacaq ...

... Yaxud Vulfun davamçıları – “Yasamal qrupu”

QİSMƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni ədəbi qrup yaradıram!

Ötən əsrin əvvəllərində Londonun Blumsböri səmtində toplaşan sənətçilər sonradan “Blumsböri qrupu” olaraq məşhurlaşdılar. Onların sırasında yazıçı Virciniya Vulf və siyasətçi əri Leonard Vulf, məşhur “Romanın aspektləri” kitabının müəllifi, yazıçı və tənqidçi E.M. Forster, dünyaca tanınan iqtisadçı Con Keynes, Virciniya Vulfun rəssam bacısı Vanessa Bell və başqaları vardı. Söhbətləri tuturdu, dünyagörüşləri bir-birinə bab idi. Hətta Virciniya Vulf və əri Leonard “Hogart press” adlı butik bir nəşriyyat da açmışdılar, ancaq yüksək estetik meyarlarla ölçüb bəyəndiklərini çap edirdilər.

Ədəbiyyat tarixində onları hədsiz fərdiyyətçiliyə görə tənqid edənlər də olub, ancaq heç kim onları qrupbazlıqda ittiham etməyib, çünki bu, ümumiyyətlə gülməlidir. Çünki bütün dünyada estetik hərəkatlar qrupların ətrafında baş verib, manifestli, yaxud manifestsiz. Qrupların bəziləri konkret məkanda yığışıblar, tutalım, Parisdəki bir kafedə, bəziləri məsafədən, virtual olub, məsələn, hansısa jurnal ətrafında. İndiki açıq dünyada bu işlər daha asan baş tutur, metamodernistlər bir neçə sayt ətrafında sürətlə birləşdilər və s.

Madam ki, ortada qrup olmasa da, hər kitabın 5-ci səhifəsində yuxulayan xeyli adam qrupdan danışır, onda qrup yaratmağın vaxtıdır. Avqustda “Yasamal qrupu”nu elan olunacaq, hətta bəlkə manifestini də yazdım. İndidən deyim, açıq qapı olmayacaq, seçimi və dəvəti qrup özü edəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)