
Los-Ancelesdə etirazlar artır
Tramp: “Ölkənin bölünməsinə imkan verməyəcəyik”
Tramp: “Ölkənin bölünməsinə imkan verməyəcəyik”
Almaniya hökumətinin ailə birləşməsini ləğv etdiyinə görə sərt tənqidi
Küçələrə çıxan Milli qvardiya miqrantlarla müharibə aparır
Göldən 19 cəsəd çıxarılıb
“Yer üzündəki cəhənnəm”dən qayıdan Qarsiya ABŞ-da mühakimə olunacaq
11 ABŞ zabiti və 8 miqrant Cibutidə konteynerdə qapalı qalıb
Sərhəddəki sərt nəzarət 3 həftədir alman polisini yorur
Minlərlə əfqan saxta sənədlərlə sərhədi keçib
“Lidl” supermarketində çəkilən görüntülər müzakirə mövzusu oldu
“Sərhəd nəzarəti yalnız başlanğıcdır, növbədə ailə birləşməsi var”
Almaniya ölkəyə qanunsuz daxil olan iki əfqanı deportasiya edə bilmədi
Almaniyada qaçqın mərkəzlərinə hücumlar pik həddə çatıb
Qanunsuz yolla miqrant daşıyan dəstə çökdürüldü
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Almaniya sərhəd nəzarətini gücləndirir
Konteynerlər yararsız hala düşdü
ABŞ prezidenti Donald Trampın Kaliforniyadakı etirazlara cavab olaraq Los-Ancelesə 2000 Milli Qvardiya əsgəri göndərməsi siyasi gərginliyi artırıb. Bələdiyyə sədri Karen Bass, qubernator Gavin Nyusom və keçmiş vitse-prezident Kamala Harris qərarı “təhlükəli və təxribatçı” adlandırıblar. Şəhərdə ICE reydlərinə qarşı etirazlar davam edir.
Prezident Donald Tramp Los-Ancelesdə immiqrasiya əleyhinə etirazlardan sonra federal qüvvələri səfərbər edib. “Truth Social”da Los-Ancelesin “qeyri-qanuni əcnəbilər və cinayətkarlar tərəfindən işğal edildiyini” iddia edən Tramp, şəhərdəki nümayişləri yatırmaq üçün Milli Qvardiyanın və federal agentlərin yerləşdirildiyini açıqladı.
Tramp, “Los-Ancelesi mühacir işğalından xilas etmək və bu mühacir iğtişaşlarına son qoymaq üçün bütün lazımi addımları atırıq”, – deyərək qətiyyətli mesajı verdi.
***
Los-Anceles meri Karen Bass deyib ki, o, Trampı Milli Qvardiyanı yerləşdirməkdən çəkindirməyə çalışıb, lakin onun cəhdləri uğursuz alınıb. “Mən əmrin verildiyini bilirdim, yerləşdirmənin qarşısını almağa çalışırdım. Aydındır ki, bu işə yaramadı”, – Bass deyib.
Mer vurğulayıb ki, federal qüvvələrin yeridilməsi ictimai təhlükəsizliyi təmin etməkdənsə qorxu və panika yaradır: ““Home Depot” və müəssisələrə basqın edərək, zirehli maşınları küçələrə çıxardığınız zaman siz valideynləri uşaqlarından ayırır və ictimaiyyəti panikaya salırsınız. Bu, açıq şəkildə siyasət deyil, başqa bir gündəmdir”.
***
Keçmiş vitse-prezident və Demokratlardan 2024-cü ildə prezidentliyə namizəd Kamala Harris Milli Qvardiyanın yerləşdirilməsini “təhlükəli eskalasiya” adlandırıb. Harris, bunun “Tramp administrasiyasının çaxnaşma və parçalanma səpmək üçün amansız, hesablanmış gündəliyinin bir hissəsi olduğunu”, – deyib.
Dinc etirazlara dəstək verən Harris, “Milyonlarla amerikalının ən əsas hüquqlarımızı müdafiə etməsinin yanındayam. Ədalət uğrunda mübarizədə etirazlar vacibdir” dedi.
***
ICE basqınlarına cavab olaraq başlayan nümayişlər həftə sonu daha da böyüyüb. Dünən 101 və 110 saylı magistral yollar etirazçılar tərəfindən bağlanıb. Bəzi qruplar avtomobilləri yandırıblar. İki avtomobilin “Google”un avtonom avtomobil şirkəti “Waymo”ya məxsus olduğu bildirilir.
LAPD avtomobillərin Arkadia prospektində dayandırılaraq yandırıldığını təsdiqləyib. Polis aksiyaları “qanunsuz toplantı” elan edib və bir neçə nəfəri həbs edib.
Bazar günü günortadan sonra etirazlarla polisin reaksiyası daha sərt oldu. Polis dəyənəklərdən istifadə edib. Etirazçılar əllərində “ICE icmalarımızdan kənarda” yazılmış lövhələr tutublar.
LAPD, etirazlara qatılan bəzi şəxslərin daş və butulka atdığını və bu səbəbdən onlara müdaxilə edildiyini bildirib. Bələdiyyə sədri Bass vəziyyəti bu ifadələrlə qiymətləndirib: “İnsanların magistralı bağlaması dinc aksiya deyil. Zorakılıq dinc aksiya deyil.”
***
Kaliforniya qubernatoru Qeyvin Nyusom müdafiə naziri Pit Heqsetə məktub göndərərək federallaşdırılmış Milli Qvardiyanın qoşunlarının çıxarılmasını tələb edib. Nyusom, “X” vasitəsilə verdiyi açıqlamada, “Tramp işə qarışana qədər heç bir problemimiz yox idi”, – deyib.
Məktubda deyilirdi ki, “Əsgərlərin müvafiq əmr və təlim olmadan sahəyə çıxarılması ciddi eskalasiya riski daşıyır. Bu, dövlət suverenliyinin açıq şəkildə pozulmasıdır”.
Bir qrup Demokrat qubernator da birgə bəyanatla Trampın hərbi müdaxiləsinə qarşı çıxıb. Açıqlamada, “Qubernatorlar öz Milli Qvardiyasının baş komandanıdır. Federal hökumətin onlarla məsləhətləşmədən bir əyalətə qoşun yeritməsi təhlükəlidir”, – deyilir.
Bundan əlavə, ABŞ Dəniz Piyadalarının yerləşdirilməsi ehtimalı ilə bağlı xəbərdarlıq edilib ki, “Bu təhlükə ordunun missiyasını sarsıdacaq və ictimai etimadı sarsıdacaq”.