vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 9 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
İZDİHAM  
Los-Ancelesdə etirazlar artır 14:14 | 9 iyun 2025 | Bazar ertəsi Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Los-Ancelesdə etirazlar artır

Tramp: “Ölkənin bölünməsinə imkan verməyəcəyik”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Los-Ancelesdəki mühacir etirazlarını yatırmaq üçün təyin edilmiş Milli Qvardiyanın birinci bölməsi şəhərə gəlib. Etirazları yatırtmaq üçün nə lazımdırsa edəcəklərini ifadə edən prezident Tramp, “Ölkənin parçalanmasına imkan verməyəcəyik” deyib.

ABŞ prezidenti Donald Tramp təhlükəsizlik qüvvələrinin Los-Ancelesdə mühacirlərin məskunlaşdığı ərazilərə basqın etməsi nəticəsində yaranan etirazlarla bağlı açıqlamalar verib.

“Üsyan Aktı”na müraciət edib-etməyəcəyi sualına Tramp, qanuna müraciət etmə ehtimalının etirazların böyüklüyünə bağlı olduğunu bildirib və “Zorakılıq edən insanlara icazə verə bilmərik. Ölkəmiz və vətəndaşlarımız üçün təhlükə görsək, təhlükəsizlik qüvvələrimiz çox güclü şəkildə müdaxilə edəcək”, – deyib.

Tramp həmçinin, “Ölkənin hər yerində əsgərlər olacaq. Bayden dövründə olduğu kimi onun bölünməsinə icazə verməyəcəyik”, – deyib.

Etirazçılarla bağlı açıqlamalarına davam edən Tramp, “Ölkəmizə, qanunlarımıza tüpürürlər. Biz buna icazə verməyəcəyik. Onlar tüpürürlər, biz cavab veririk”, – deyib və etirazçılara qarşı sərt müdaxilənin davam edəcəyini bildirib.

ABŞ prezidenti “Düşünürəm ki, bu, çox pis iğtişaş idi. Əgər ölkəmiz və vətəndaşlarımız üçün təhlükə görsək, asayişin qorunmasında çox sərt davranacağıq. Qanunun və asayişin qorunduğundan əmin olmalıyıq” dedi.

***

Kaliforniyadakı yerli hakimiyyət orqanlarının mühacirlərin deportasiyasının qarşısını alacaqları təqdirdə federal ittihamlarla üzləşə biləcəyini qeyd edən Tramp, “Asayişin qarşısını alan hər kəs cinayət cəzası ilə üzləşəcək”, – deyib.

Tramp daxili təhlükəsizlik naziri Kristi Noem, müdafiə naziri Pit Heqset və baş prokuror Pam Bondiyə birbaşa göstərişlər verdiyini açıqlayıb: “Mən onlara Los-Ancelesi mühacir işğalından xilas etmək və bu mühacir iğtişaşlarına son qoymaq üçün bütün digər müvafiq departamentlər və agentliklərlə koordinasiyalı olaraq bütün lazımi tədbirləri görməyə göstəriş verdim”.

Tramp açıqlamasını “Asayiş bərpa olunacaq, qeyri-qanuni immiqrantlar deportasiya ediləcək, Los-Anceles azad olacaq”, – sözləri ilə yekunlaşdırıb.

***

Trampın müdafiə naziri Pit Hegset də “zorakılıq davam edərsə” fəal dəniz piyadalarının səfərbər ediləcəyini bildirib.

***

Amerika mətbuatında yer alan xəbərlərə görə, 300 nəfərlik ilk Milli Qvardiyanın Los-Anceles şəhərində əvvəllər təyin olunmuş xidmət yerlərinə gəlməyə başlayıb.

ABŞ prezidenti Donald Trampın göstərişi ilə bölgəyə göndərilən Milli Qvardiyanın şəhərin müxtəlif yerlərində keçirilən antimiqrasiya etirazlarına müdaxilə edəcəyi və şəhərin təhlükəsizliyini təmin edəcəyi gözlənilir.

Əsgərlərin bəziləri son iki gündə yüzlərlə etirazçı ilə federal hüquq-mühafizə orqanlarının toqquşduğu Los-Anceles şəhərinin mərkəzindəki Metropolitan Təcridxanasına göndərilib.

Bildirilir ki, digər Milli Qvardiyaçılar şəhərə çatan kimi öz postlarına yerləşdiriləcək. Odlu silahlar və zirehli texnika ilə silahlanmış onlarla Milli Qvardiyanın kamerasına düşən anlar sosial mediada diqqət çəkib.

***

İyun 6-da ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) rəsmilərinin ərazidə reydlər keçirməsindən sonra Los-Anceles şəhərinin mərkəzindəki Los Anceles Federal Binası qarşısında nümayişlər başlayıb.

ABŞ-da İmmiqrasiya Bürosunun qrupları zirehli maşınlarla bir çox ünvana eyni vaxtda reydlər keçirib və onlarla əcnəbi vətəndaşı saxlayıb.

Saxlanılanlara reaksiya olaraq başlayan etirazlar qısa zamanda kütləviləşib və təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar başlayıb.

Daha sonra Tramp administrasiyası etirazçıları yatırmaq üçün Milli Qvardiyanı yerləşdirib. Təhlükəsizlik qüvvələri, Milli Qvardiyaçılar və etirazçılar arasında toqquşmalar davam edir.