vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
Fransada yeni terror qrupu 17:59 | 22 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 69 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada yeni terror qrupu

Həbsxana mühafizəçilərinin evinə hücum edənlərə mükafat təyin edilib

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada “Telegram” mesajlaşma tətbiqi vasitəsilə təşkil edilən yeni terror təşkilatı yaradılıb. “Défense des Droits des Prisonniers Français” (Fransız Məhbusların Hüquqlarının Müdafiəsi / DDPF) adlı terrorçu qrup yaradılıb.

DDPF adlı “Telegram” kanalı Fransada həbsxanalara təşkil edilən hücumları təşkilatçısı olduğunu etiraf edib. Qrup həbsxana maşınlarını yandırıb, mühafizəçilərin evlərini hədəfə alıb, hücumları lentə alıb yayımlayıb. Şiddətli mesajlara görə araşdırma başladılıb.

Ölkə daxilində müxtəlif həbsxanalara təşkil edilən hücumlarda qrup yanan maşınlara və hücum etdikləri həbsxanaların divarlarına adını yazdırıb.

Qrup üzvləri həbsxana gözətçisinin evini hədəfə aldıqları videonu da paylaşıblar. Videoda mülkün yandırıldığı və divarlara avtomat silahlardan atəş açıldığı görünür.

1000 üzvü olan “Telegram” kanalı mühafizəçiləri tanıyan, evlərini tapıb onlara hücum edənlərə 4500 avro pul mükafatı təklif edib.

***

Aprelin 12-də Agendəki Milli Penitensiar Məktəbin dayanacağında və Parisin cənubundakı Sud Francilien həbsxanasında baş verən ilk hücumlarla eyni vaxtda yaradılan “Telegram” kanalı şiddətli fəaliyyətlərini görüntülərlə yayımlayır.

“Telegram” kanalın bəzi mesajlarını zorakılıq çağırışları olması səbəbindən silib. Bununla belə, platformada hələ də mühafizəçiləri tapa bilənlərə mükafatlar təklif edən mesajlar var.

Fransanın Terrorla Mübarizə Prokurorluğu istintaqı öz üzərinə götürüb. Daxili kəşfiyyat xidməti DGSİ də prosesə cəlb edilib. “Biz terrorçu deyilik. Biz həbsxanalarda insan hüquqlarını müdafiə etmək üçün buradayıq”, – qrup dünən gecə yaydığı bəyanatda bildirib.

Fransa hökuməti hücumların arxasında kimin dayandığını hələlik açıqlamayıb. İstintaq bütün imkanları əhatə edir. Fransa polisi radikal solçu hesab etdikləri qrupun xaricdən dəstək almadığına inandıqlarını bildirib.

***

Ədliyyə naziri Cerald Darmanin həbsxananın tutumunu artırmaq və narkotik ticarəti ilə mübarizə aparmaq üçün 3000 yeni kameranın planlarını açıqlayıb. Nazir hücumların bu səylərə cavab ola biləcəyini ehtimal edib.

Darmanin Fransa hökumətinin narkotiklərlə mübarizə strategiyasının memarlarından biri kimi seçilir. Onun məqsədi 100 ən təhlükəli narkobaronu yüksək təhlükəsizlik rejimli həbsxanalarda saxlamaqdır.

Onun planlarına həmçinin dinləmələrdə videokonfransların genişləndirilməsi və məhbusların ailə təmaslarının məhdudlaşdırılması daxildir.

“Bu “Telegram” kanalı Cerald Darmaninin əsas hüquqlarımızı pozmaq cəhdlərini ifşa etmək üçün yaradılıb”, – DDPF-in bəyanatında deyilir.

Qrupun ilk vizualında Darmaninin idman kostyumunda montajı və dəmir barmaqlıqlar arxasında nümayiş etdirilir.

***

DDPF iddia edir ki, həbsxanalardakı məhbusların hüquqları sistematik şəkildə azaldılır. O, televiziyaya baxmağa və idmana sərf olunan vaxtın azaldığını bildirir. Həbsxanalarda taksofonlarla danışıq qiymətinin dəqiqəsi 1 avroya qədər artdığı vurğulanır.

“Bizi döyən, bəzi məhbuslara cinsi təcavüz edən, fiziki və psixoloji təzyiq göstərən mühafizəçilər... Həbsxanalardakı intiharların əksəriyyəti həbsxana rəhbərliyinin sərt münasibəti ilə bağlıdır”, – qrup yazır:.

Kanalda zaman-zaman yumoristik məhbus videoları və sənədli filmlər də paylaşılır. Bununla belə, təhdid mesajları önə çıxır.