vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 28 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
İngiltərə şok silahına keçir 12:43 | 28 iyul 2025 | Bazar ertəsi Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İngiltərə şok silahına keçir

Həbsxanalarda artan hücumlar hökuməti yeni tədbirlər görməyə vadar edir

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərə həbsxanalarında son bir il ərzində 10 mindən çox işçi hücumlara məruz qalıb. Bu vəziyyət fonunda hökumət, həbsxana işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni bir addım atmağa qərar verib. Həbsxanalarda “Taser” adlı şok tabancalarının tətbiqinə başlanılır.

Vaxt.az xəbər verir ki, Ədliyyə naziri Şabana Mahmud bildirib ki, "həbsxana əməkdaşlarını qorumaqda qərarlıyıq". “Sky News”un məlumatına görə, hazırda “Oxfordshire” və “Donkaster” bölgələrində yerləşən iki xüsusi mərkəzdəki mütəxəssislər, bundan sonra İngiltərə və Uelsdəki kişi həbsxanalarındakı təhlükəli hadisələrə “Taser” silahları ilə silahlanmış şəkildə müdaxilə edə biləcəklər.

Mətbuata təqdim edilən təlimlərdə bu cihazların girov hadisələri və ya kütləvi iğtişaş kimi xüsusi hallar zamanı necə istifadə olunacağı göstərilib. Təlim səhnəsində məşq həyətində iğtişaş salan dörd məhkum canlandırılıb. Personalların geri çəkilməsindən sonra üç məhkum bir nəfərə hücum edib və “həyati təhlükə” vəziyyəti yaranıb. Bu zaman əməkdaşlar “Taser”dən istifadə etməzdən əvvəl səsli xəbərdarlıq veriblər.

***

Tətbiq ediləcək model – polis qüvvələrinin də istifadə etdiyi “Taser 7”dir. Bu cihaz atəş açıldıqda 50 min voltluq elektrik çıxarır, lakin hədəfə çatdıqda bu göstərici təxminən 1.500 volta düşür.

Yeni proqram sınaq mərhələsindədir və təhlükəsizlik qüvvələrinin bu silahdan geniş şəkildə istifadə etməsinə dair qərar yalnız kifayət qədər məlumat toplandıqdan sonra veriləcək.

***

2023-cü ilin dekabr ayına qədər olan 12 aylıq dövrdə həbsxana işçilərinə qarşı 10.605 hücum qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 13 faizlik artım deməkdir və indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. Ciddi xəsarət halları isə 10% artıb.

Bu ilin əvvəlində, “Manchester Arena” hücumunun planlaşdırıcısı Haşim Abedi, yüksək mühafizə olunan Frankland həbsxanasında işçilərə qaynar yağ və improvizə olunmuş silahlarla hücum edib. Həmçinin “Southport” qatili Aksel Rudakubana da “Belmarsh” həbsxanasında bir işçiyə hüceyrəsindən qaynar su ataraq hücum edib.

Həbsxana İşçiləri İttifaqı (POA) hökumətdən qoruyucu vasitələr və bıçaq keçirməyən jiletlərin təmin olunmasını da tələb edir.