Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
17:09 | 18 may 2025 | Bazar
Məqaləyə 331 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Dünyanın ən uzun eskalator sistemi istifadəyə verilir
Çində kuryoz hadisə – “Mercedes-Benz”i sahibi ilə birlikdə məzarda basdırdılar
Tehran sanksiya siyahısına düşən Çin bankı ilə iş birliyinə girib
Metyu Radalc İngiltərənin ictimai televiziyası BBC-yə Çin həbsxanasında keçirdiyi təxminən beş il haqqında danışıb.
Çində yaşayan avstraliyalı kişi mobil telefonunun ekranını təmir etdirməyə getdiyi mağazanın işçiləri ilə dava etdikdən sonra nahaq yerə məhkum edildiyini iddia edib. O, oğurluq etirafına imza atmağa məcbur edildiyini və sonradan onun günahsız olduğunu sübut etməyin mümkün olmadığını iddia etdi.
2020-ci ilin yanvar ayında əcnəbi məhbusların saxlandığı Pekin 2 nömrəli həbsxanasına köçürüldüyünü deyən Radalc burada yuxusuz, məcburi əməyə və pis gigiyenik şəraitə məruz qaldığını izah edib: “Mən gələndə çox pis vəziyyətdə idim. İlk aparıldığım polis bölməsində məni iki gün döydülər. 48 saat yatmadım, yemək yemədim, su içmədim. Məni çoxlu sənədlərə imza atmağa məcbur etdilər”.
Həbsxanaya düşməzdən əvvəl video prodüseri olan Metyu Radalc əvvəlcə ona “keçid” adamı kimi baxıldığını söylədi: “Duş qəbul etməyimizə, təmizlənməyimizə icazə verilmirdi. Bu vəziyyət bəzən aylarla davam edirdi. Hətta tualetlər də müəyyən vaxtlarda açılırdı. O qədər çirkli idi ki, yuxarı mərtəbədəki tualetin çirkabları daima damcılayırdı”.
Radalc bildirib ki, daha sonra çox sıxlıq olan və işıqlar heç vaxt sönməyən bir qədər normal kameraya aparılıb.
Yaxşı davranışların hesablandığı bir sistemlə cəzaların azaldıla biləcəyini ifadə edən avstraliyalı bunun üçün üç il yarım ərzində hər ay maksimum bal toplanması lazım olduğunu, bu hədəfə yaxınlaşdıqda isə nəzarətçilərin “yemək gizlətmək”, “səhv addımlamaq” kimi kiçik cəzalarla buna imkan vermədiyini deyib.
O əlavə edib ki, bu bal sisteminə əhəmiyyət verməyənlərə ayda bir dəfə də olsa ailələri ilə görüşə icazə verilmir.
Metyu Radalc məhbusların çoxunun pis qidalandığını və onlara tez-tez çirkli suda kələm verildiyini təsvir etdi. O, məcburi işləməyə göndərildikləri fermalarda yetişdirdikləri məhsulu yeməyə icazə verilmədiyini də vurğulayıb.
O, başqa bir məhbusu heç bir əlaqəsi olmayan bir iğtişaşda vurduğu üçün 194 gün karserə salındığını da bildirdi: “Sən dəli olmağa başlayırsan. 4 aydan sonra özünüzlə danışmağa başlayırsınız”.
5 oktyabr 2024-cü ildə azadlığa çıxan Metyu Radalc ilk olaraq “Perth” hava limanında atasını qucaqlayıb. Daha sonra o, uzun müddətdir görüşmədiyi sevgilisi ilə ailə qurub.
Çin hökumətinin bu hekayə ilə bağlı şərh tələblərinə cavab vermədiyini vurğulayan BBC, keçmiş məhbuslarla müsahibələrin Radalcın ifadələrini təsdiqlədiyini bildirdi.