Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:12 | 16 oktyabr 2025 | Cümə axşamı
Məqaləyə 424 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ Maliyyə Naziri Skott Bessent Çin ilə aparılan ticarət danışıqlarında ABŞ-ın mövqeyinin birja əməliyyatlarından təsirlənməyəcəyini bildirib. CNBC-nin “Invest in America Forum”unda çıxış edən Bessent bazardakı dalğalanmanın Pekinə qarşı qərarlı addımlar atmaqdan geri çəkilməyə səbəb olmayacağını vurğulayıb: “Bazar düşdüyü üçün deyil, ABŞ iqtisadiyyatının xeyrinə olduğu üçün danışıqlar aparacağıq”.
O, hökumətin prioritetinin iqtisadi maraqlar olduğunu ifadə edib. Bu açıqlamalar, ABŞ ilə Çin arasında davam edən ticarət gərginliyinin bazarda yaratdığı qeyri-müəyyənlik fonunda gəlib.
Bessent “Wall Street Journal” qəzetinin bir gün əvvəl yayımladığı və Çin Prezidenti Si Cinpinqin ABŞ iqtisadiyyatının uzunmüddətli ticarət müharibəsinin yükünü daşıya bilməyəcəyinə inandığı barədə xəbərinə sərt reaksiya verib. Bessent xəbəri dəhşətli adlandıraraq qəzetin Çin Kommunist Partiyasının diktəsinə görə hərəkət etdiyini iddia edib.
Həmin məqalə Çinin ABŞ-ı uzunmüddətli iqtisadi təzyiqlərlə geri addım atmağa məcbur etməyi planlaşdırdığı iddialarına əsaslanırdı. Bessentin sərt cavabı Tramp administrasiyasının ticarət siyasətində geri çəkilmək niyyətində olmadığını açıq şəkildə göstərdi.
ABŞ Prezidenti Donald Trampın sabah Çin məhsullarına tarifləri artırmaqla bağlı təhdidi, fond bazarında sərt düşüşə səbəb oldu. Bu addım Pekinin nadir torpaq elementləri ixracına qoyduğu məhdudiyyətlərə cavab olaraq atıldı. Həftə sonunda daha yumşaq açıqlamalar bazarda müvəqqəti bərpa yaratdı.
Amma iki gün əvvəl verilən açıqlamada Çinin ABŞ-dan soya alımına müqavimətinə qarşı Trampın yenidən ticarət təhdidi ilə çıxışı, “S&P 500” indeksində yenidən sərt düşüşə gətirib çıxardı. Bu vəziyyət, bazardakı dalğalanmanın yüksək olduğunu göstərir.
Bessent Trampın yüksək birja performansını sevdiyini qeyd edərək, bu yüksəlişi doğru iqtisadi siyasətlərin nəticəsi kimi qiymətləndirib: “Bugünkü müzakirə etdiyimiz siyasətlər, kapital xərclərində bu partlayışla bağlıdır”.
ABŞ-lı nazir xüsusilə süni intellekt sektoruna yönələn investisiyaların önəmini vurğulayıb.