
Məhbusun möhtəşəm planı
Kamera yoldaşının çantasında gizlənərək qaçdı
Kamera yoldaşının çantasında gizlənərək qaçdı
Məhbuslar başqa ölkəyə göndəriləcək
“Məhkumları həbsxanadan “uçurmaq” üçün istifadə edilə bilər”
“Ruhları təmizləyəcəyik deyib milyonlarla dollar qamarladılar”
Frankfurt hava limanında rekord miqdar qeydə alınıb
Mübahisə edən məhbuslar çarpayıya od vurdular
Yunanıstanda kəşfiyyat işçilərinə atəş açan dəstə üzvlərinin axtarışı davam edir
Xaricdə kameraların kirayəsi həll yolu ola bilərmi?
66 həbsxanada telefon axtarışı başlayıb
Cəzaçəkmə müəssisəsində qanunsuz əşya keçirilməsinin qarşısı alınıb
Avstraliya vətəndaşının Çin həbsxanasında yaşadığı 5 il
Bütün ştat üzrə axtarış tədbirlərinə başlanıldı
Fransa xaricdən cəzaçəkmə müəssisələri kirayə götürməyi düşünür
12 saat axtarılan məhbusun məüyyən olunduğu yer ədliyyəçiləri şoka saldı
Dolub-daşan Fransa həbsxanaları ilə bağlı indiyə qədər görülməmiş qərar
Həbsxana mühafizəçilərinin evinə hücum edənlərə mükafat təyin edilib
İtaliya Ədliyyə Nazirliyi ölkədə həbsxanalardakı həddindən artıq sıxlığı azaltmaq məqsədilə təxminən 10 min məhbusun azadlığa buraxıla biləcəyini açıqlayıb.
Nazirlik bildirir ki, 10 min 105 nəfər ev dustaqlığı və ya nəzarət altında sərbəst buraxılma kimi alternativ tədbirlər üçün potensial uyğun hesab olunur. Bu qərar yalnız müəyyən meyarlara cavab verən şəxslərə şamil ediləcək.
Kimlər bu qərara daxil olacaq?
Bu alternativ azadlıq tədbirləri:
Hökmü artıq qüvvəyə minmiş,
Cəzasının bitməsinə 2 ildən az qalmış,
Son 12 ayda ciddi intizam pozuntusu etməmiş məhkumlara aid olacaq.
Kimlər istisnadır?
Nazirlik bəyan edib ki, terrorçuluq, mütəşəkkil cinayət, təcavüz, miqrant qaçaqmalçılığı və adam oğurluğu kimi ağır cinayətlərə görə məhkum olunan şəxslər bu proqramdan istifadə edə bilməyəcək.
“World Prison Brief” məlumat bazasına əsasən, İtaliyada həbsxanaların doluluq səviyyəsi 122 faizi keçib ki, bu da Avropa üzrə ən pis göstəricilərdən biridir. 100 faizin üzərində olan rəqəmlər həbsxanaların maksimum tutumdan artıq dolu olduğunu göstərir.
Artan intihar hallarının və yay aylarında kondisionersiz hücrələrdə yaşanan istilik şikayətlərinin ardınca ölkədə həbsxanalardakı vəziyyət daha çox diqqət çəkməyə başlayıb.
Ədliyyə Nazirliyi bu proqramın bir gecədə həyata keçirilməyəcəyini bildirib. Fərdi hallarla bağlı qərarların verilməsini sürətləndirmək məqsədilə həbsxana idarələri və şərti azadlıq hakimləri ilə əlaqədə işləyəcək xüsusi bir işçi qrupu yaradılıb. Bu qrup həftəlik toplanacaq və sentyabr ayına qədər fəaliyyətinin nəticələrini təqdim edəcək.