Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
08:19 | 12 sentyabr 2025 | Cümə
Məqaləyə 755 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft qiymətləri qlobal bazarda təklifin artacağı proqnozları və tələbin zəifləməsi ilə bağlı narahatlıqlar fonunda enməyə davam edir. Bu gün “Brent” markalı neftin qiyməti 30 sent azalaraq bir barel üçün 66,07 dollara, ABŞ xam nefti isə 31 sent geriləyərək 62,06 dollara düşüb. Hər iki göstərici dünən müvafiq olaraq 1,7% və 2% dəyər itirmişdi.
Qiymətlərin əsas enişi dünən baş verib. Buna səbəb Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatı olub. Hesabatda bildirilirdi ki, OPEC və Rusiyanın da daxil olduğu OPEC+ ölkələrinin nəzərdə tutduğu hasilat artımları sayəsində qlobal neft təklifi bu il gözləniləndən daha sürətlə yüksələcək.
Bununla yanaşı, OPEC öz hesabatında 2025 və 2026-cı illər üçün qlobal neft tələbi ilə bağlı proqnozları dəyişməyib. Kartel dünya iqtisadiyyatının sabit böyümə trayektoriyasını davam etdirdiyini vurğulayıb.
OPEC+ isə Səudiyyə Ərəbistanının bazar payını artırmaq istəyi fonunda oktyabr ayından etibarən hasilat kvotalarını daha da yüksəltməyi planlaşdırır.
Ticarət mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanının Çinə neft ixracı oktyabrda artacaq. Dövlətə məxsus enerji şirkəti “Aramco”nun gələn ay Çinə gündəlik təxminən 1,65 milyon barel xam neft göndərməsi gözlənilir. Bu rəqəm sentyabr üçün nəzərdə tutulan 1,43 milyon bareldən xeyli yüksəkdir.