
Trampın reytinqində eniş
Epşteyn qalmaqalı, siyasətin təsiri, iqtisadi və sosial amillər – sadiq seçicilər belə narazıdır
Epşteyn qalmaqalı, siyasətin təsiri, iqtisadi və sosial amillər – sadiq seçicilər belə narazıdır
Məşhur yazıçının 44 yaşlı klassiki “Netflix” üçün yenidən ekrana çıxacaq
Prezident seçkilərində respublikaçıların təkrar qələbəsinə təhlükə yaradan təbəqə
Çinin ABŞ-a cavabı gecikmədi
Tramp: “İrana artıq heç bir mesajım yoxdur”
Tramp İranla müharibədən danışdı
Tramp bu dəfə 10-luqdan vurdu
Tramp KXDR liderindən “çox isti” mesaj aldığını deyib
“Ölkəmi nüvəsizləşdirməyə hazıram”
Ya onun qarşısında diz çökməli, ya da meydan oxunmalıdır
Donald Tramp məhkəməyə verildi
“The Washington Post” yazır ...
Tramp “Ölkədə vəziyyət haqqında” illik məruzə ilə çıxış etdi
“Nüvə çamadanı”nı Trampın əlindən alırlar
Trampdan amerikalılara çağırış
Trampın qorxduğu və onu gözləyən kabus
Qorxu yazarı Stiven Kinq onu narahat edən “təhlükəli” bir Donald Tramp ssenarisinin olduğunu söylədi.
“Mediom” və “Göz” romanlarının 77 yaşlı müəllifi ABŞ Prezidentini açıq şəkildə tənqid edir. Daha əvvəl onu “zorba” adlandıran yazıçı tərəfdarlarının sonda Trampa səs verdiklərini inkar edəcəklərini iddia etmişdi.
Yeni müsahibəsində Kinq Trampla bağlı ağıla gələ biləcək ən pis şeyin prezidentin görünməmiş bir üçüncü müddət üçün danışıqlar aparması olduğunu bildirib.
MSNBC-dən Ali Velşiyə danışan Kinq, “Ağıla gələ biləcək ən pis şey, bu adamın əslində bir axmaq olduğu üçün üçüncü bir müddət vəzifədə qalmasıdır, elə deyilmi? Bu təhlükəli bir şeydir”, – deyib.
“Əslində ona “dəli” demək istəmirəm, çünki həqiqətən elə olduğunu düşünmürəm, amma şübhəsiz ki, təhlükəlidir”, – yazıçı qeyd edib.
Ötən ay “The Guardian” Kinqə Tramp üçün mükəmməl sonun nə olacağını soruşmuşdu.
Kinq, “Məncə, impiçment yaxşı bir son olardı. Təqaüdə çıxmasını çox istərdim, belə deyək. Pis son isə üçüncü müddəti qazanması və hər şeyi tamamilə ələ keçirməsi olardı”, – cavabını verib.
“Hər iki halda da bu, bir qorxu hekayəsidir. Tramp bir qorxu hekayəsidir, elə deyilmi?”
Tramp Nümayəndələr Palatası tərəfindən iki dəfə impiçment prosesinə cəlb olunmuş, lakin hər ikisində Senat tərəfindən bəraət almışdı. İlki 2019-cu ildə səlahiyyəti sui-istifadə və Konqresi əngəlləmə ittihamları ilə, ikincisi isə 2021-ci ildə Nümayəndələr Palatasının Trampı qiyama təhrik etməkdə ittiham etdiyi 6 yanvar Konqres Binası hücumunun ardından gəlmişdi.
Yazar “O” (“It”, 1986), “Qorxu Ağı” (“Salem's Lot”, 1975) və “Sadist” (“Misery”, 1987) kimi son dərəcə uğurlu romanlar yazmaqla bu janrın ustası hesab olunur. Bu üç əsər Kinqin ekranlaşdırılan çoxsaylı kitablarından yalnız bir neçəsidir.
Onun “The Life of Chuck” adlı romanı yaxın zamanda Tom Hiddlestonın başrolda oynadığı filmə uyarlandı. İlin sonunadək isə iki ekranlaşdırma daha nümayişə girəcək. “Aclıq Oyunları” (“The Hunger Games”) filminin rejissoru Frensis Lurensin çəkdiyi “The Long Walk” və Qlen Pauellin baş rolda oynadığı, Edqar Rayt tərəfindən çəkilən “Ölməyə Qaçan Adam” (“The Running Man”), “Şouşenkdən qaçış” (“The Shawshank Redemption”) filmləri yazarın ssenariləri əsasında ekranlaşdırılıb.