ABŞ-nin yaratdığı boşluğu Bakı doldurur? – VİDEO
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
11:18 | 3 avqust 2019 | Şənbə
Məqaləyə 3008 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
İranın isə vaxtı daralır
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
ABŞ Prezidenti Donald Tramp yeni açıqlaması ilə ticarət müharibəsini “alovlandırıb”. Rəsmi Pekin, Trampın açıqlamasının ardından bildirib ki, ABŞ, Çin məhsullarına əlavə gömrük vergisi tətbiq etməkdə israr edərsə qarşı tədbirlər görüləcək.
Donald Tramp cümə axşamı günü 300 milyard dollar dəyərində olan Çin məhsuluna əlavə 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirərək, Amerikalı istehlakçılara daha əvvəl heç olmadığı qədər birbaşa təsir edən bir ticarət həmləsi edib.
1 sentyabrdan etibarən keçərli olacaq idxal vergisi kompüterlər, ağıllı telefonlar və uşaq paltarlarına tətbiq ediləcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying tərəfindən verilən açıqlamada, “ABŞ-ın əlavə gömrük rüsumları tətbiq etməkdə israr etməsi vəziyyətində, Çin lazımi qarşı tədbirləri görəcəkdir”, deyib, amma tədbirlər haqqında detallı məlumat verməyib.
Trampın dünən açıqladığı və ABŞ-ın Çindən bütün idxalını əhatə edən əlavə gömrük vergiləri, iki ölkə rəhbərinin iyun ayındakı görüşündə razılaşdırılan “atəşkəs” üçün sürpriz bir son oldu.
Çin hələlik hesab edir ki, gömrük vergiləri qoymaq ticarət fərqini həll etmək üçün qətiyyən doğru bir yol deyil.
ABŞ Prezidenti Donald Tramp, “Twitter” hesabından yeni açıqlama verib. 300 milyard dollarlıq Çin məhsuluna 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirməsindən sonra birjalar və neft qiymətləri ABŞ prezidenti düşüblər.
ABŞ-Çin arasındakı ticarət müharibəsini yenidən “alovlanması” səngiyən qlobal tələbə dair narahatlıqları artırıb. Qlobal iqtisadi artımın aşağı düşməsilə neftə tələbin daha da azalacağı və nəticədə qiymətinin ucuzlaşacağı ehtimal edilir.