Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:08 | 2 iyul 2019 | Çərşənbə axşamı
Məqaləyə 3130 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ prezidenti Donald Tramp iyulun 1-də Ağ Evdə jurnalistlərə verdiyi qısa açıqlamasında İranın nüvə sazişini pozaraq zənginləşdirilmiş uran ehtiyatlarını artırmasına münasibət bildirib.
Tramp, jurnalistlərdən birinin məsələ ilə bağlı ona verdiyi “İrana hansısa bir mesajınız varmı” sualını cavablandıraraq deyib ki, İran nüvə sazişi əsasında onun zənginləşdirilmiş uran ehtiyatına qoyulan limiti keçib: “Onlar (iranlılar) hazırda nə işlə məşğul olduqlarını yaxşı bilirlər. Daha doğrusu, onlar nə ilə oynadıqlarını bilirlər. Onlar odla oynayırlar. Elə buna görə də, mənim İrana artıq heç bir mesajım yoxdur”, – deyə prezident Donald Tramp əlavə edib.
Həmin gün İsrailin baş naziri bəyanat yayaraq, İranı nüvə sazişini açıq şəkildə pozmaqda günahlandırıb. O deyib ki, Tel-Əviv Tehranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək: “Bu gün İran sazişlə bağlı üzərinə götürdüyü öhdəliyi pozduğunu, zənginləşdirilmiş uran ehtiyatına qoyulan limiti (300 kiloqram) keçdiyini bildirib. Bununla da, İran nüvə silahlarının istehsalına doğru mühüm bir addım atmaqdadır. Mən isə bir daha bildirirəm ki, İsrail İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək”, – deyə Benyamin Netanyahu vurğulayıb.
Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi iyulun 1-də İranın uran istehsalına qoyulan limiti keçməsindən xəbər verib: “Lakin bizdə olan məlumatlara əsasən, İranın zənginləşdirilmiş uran ehtiyatı artıq 300 kiloqramı keçib”, – deyə agentlik bildirib. “Reuters” agentliyi isə Beynəlxalq Atom Enerjisi Agentliyinin bir sözçüsünə istinadən yaydığı xəbərdə bildirib ki, Yukio Amano İranın zənginləşdirilmiş uran ehtiyatına qoyulan limiti keçməsi barədə qurumun idarə heyətinə məlumat verib.