Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
09:16 | 27 iyun 2025 | Cümə
Məqaləyə 198 dəfə baxılıb
Şriftin ölçüsü
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
Bu həftə bir neçə FED rəsmisi tarifə əsaslanan qiymət artımlarının inflyasiyanı daimi olaraq artırmayacağına əmin olmaq üçün daha bir neçə aya ehtiyac olduğunu söylədi.
Kristofer Uoller və Mişel Bouman keçən həftə FED-in 29-30 iyul tarixlərində keçiriləcək iclasında inflyasiyanın nəzarət altında qalacağı təqdirdə faiz dərəcələrini endirməyə hazır olduqlarını bildirərək diqqət çəkmişdilər.
Lakin sədr Cerom Pauell və San Fransisco sədri Meri Deyli də daxil olmaqla təxminən onlarla bankir bununla razılaşmır.
Dünən “Bloomberg”ə verdiyi müsahibədə Deyli, tariflərin böyük və ya davamlı inflyasiya artımına səbəb ola bilməyəcəyinə dair artan sübutlar gördüyünü deyib, Bankir, yalnız payızda faiz endiriminə razıdır.
Bu il ABŞ-da inflyasiya gözləniləndən çox aşağı düşüb. FED-in izlədiyi inflyasiya göstəricisi aprel ayında 2,1 faizlə mərkəzi bankın 2 faizlik hədəfinə yaxınlaşıb.
Digər iki FED rəsmisi, növbəti iclasda faiz endirimini dəstəkləməyə hazır olmadıqlarına işarə edib. Riçmond sədri Tom Barkin, tariflərin qiymətlərə yuxarı təzyiq göstərəcəyini gözlədiyini və bu qədər qeyri-müəyyənlik şəraitində mərkəzi bankın dərəcələri tənzimləməzdən əvvəl daha çox aydınlıq görməsi lazım olduğunu deyib.
Çikaqo FED-in sədri Ostan Qulsbi, inflyasiyanın 2 faizlik hədəfə doğru meyl göstərməsi və iqtisadi perspektivlə bağlı qeyri-müəyyənliyin azalması halında, mərkəzi bankın faiz dərəcələrini azaltmağa davam edə biləcəyini deyib.
“Mən yaxşı oxuduğumuza nikbinəm və bəlkə də tariflərin təsiri sadəcə öz zolağında qalacaq, amma əmin olmaq istəyirik”, – Qulsbi deyib.
Üç gün əvvəl Konqresə verdiyi ifadədə, sədr Pauell, tariflərə görə gələcək qiymətlərin proqnozu qeyri-müəyyən olmasaydı, FED-in inflyasiyanın azalmasına əsaslanaraq, ehtimal ki, indiyə qədər dərəcələri endirə biləcəyini deyib.
“Tariflərin təsiri, digər məsələlərlə yanaşı, onların son səviyyəsindən asılı olacaq. Hələlik, siyasət mövqeyimizə hər hansı düzəlişləri nəzərdən keçirməzdən əvvəl iqtisadiyyatın ehtimal olunan gedişatı haqqında daha çox öyrənmək və gözləmək üçün yaxşı mövqedəyik” dedi.