
Subaylıq vergisi
Şimali Makedoniya çoxuşaqlı ailələri təşviq etmək üçün Avropada ilkə imza atdı
Şimali Makedoniya çoxuşaqlı ailələri təşviq etmək üçün Avropada ilkə imza atdı
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
Almaniyada ev alan cütlüyün peşmançılığı
100 nəfərlik ziyafətin orta qiyməti 20 000 avroya çatır
“Z” nəslinin vətəninə çevrilən ada ölkə
Yeganə təhlükəsiz vasitə qabyuyan maşındır
... 10 saat ayrılığa dözmədilər
Qızlarımızın taleyini məhv edən faciələrə biganə qalmayın!
Nəvələrinə ən çox təsir edən ailə ağsaqqalı üzə çıxdı
Boşanma nisbəti sıfıra yaxındır
Müharibə və ailə institutlarının gözdən salınmasının fəsadları indi üzə çıxır
Fransada yaşamaq istəyənlərin arzularına zərbə
Məcəllə kimlərə şamil olunacaq?
Yaxud dünyanın ən çirkin qadın yarışmasının qalibi Meri Ann Vebster
“Ev xanımı” yox, “evinin xanımı” olmaq
Onlar təbiətin özüdür
Dünyada evlənənlərin sayı günü-gündən azalır. Bu da doğum sayının ciddi şəkildə azalmasına səbəb olur. Mütəxəssislər bu nəticəni Z nəslinin ənənəvi ailə quruluşu əvəzinə tək yaşamağa üstünlük verməsi ilə əlaqələndirirlər. Bir çox ölkədə, xüsusən də ABŞ-da tək yaşayanların sayı rekordlar qırır. Minilliklər boyu davam edən ənənəvi ailə strukturlarını rədd edən milenium və Z nəsli subay qalıb tək yaşadıqları üçün evlilik və doğum nisbətləri aşağı düşür.
***
Birləşmiş Ştatlarda tək valideynli ailələrin sayı 2023-cü ildə rekord həddə 38,1 milyona çatacaq. Bundan əlavə, “Pew” Araşdırma Mərkəzinin məlumatları 2023-cü ilə qədər böyüklərin 42 faizinin subay olacağını, qadınların isə kişilərdən daha çox subay olacağını ortaya qoydu. Bildirilib ki, tək adamlı ailə təsərrüfatlarının sayı 2024-cü ilə qədər 38,5 milyon nəfərə yüksələcək ki, bu da ABŞ-dakı bütün ev təsərrüfatlarının 29 faizinə bərabərdir.
***
1974-cü ildə tək nəfərlik ev təsərrüfatlarının ABŞ-dakı bütün ev təsərrüfatlarının yalnız 19 faizini təşkil etdiyini qeyd edən Ailə Tədqiqatları İnstitutunun tədqiqatçısı Robert VerBruggen “Newsweek” jurnalına bildirib ki, milenium və Z nəsli onlar üçün müəyyən edilmiş yollarla deyil, öz yolları ilə gedirlər. “Maryville” Universitetinin sosiologiya professoru Kent Bausman bildirib ki, yeni məzunlar borc və aşağı maaşla mübarizə apardıqları üçün yetkinlik yaşına gec qədəm qoyurlar ki, bu da evliliklərə təsir edir.
***
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, Türkiyədə 2024-cü ildə tək nəfərli ailələrin sayı 5,3 milyonu keçib. Tək yaşayanların sayı son 10 ildə 71 faiz artıb.