
3.5 avroya kabab satırdı
Fransanın ən ucuz kababçısı bağlandı
Fransanın ən ucuz kababçısı bağlandı
Bütün dünyanın müzakirə etdiyi ərəb
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Şimali Makedoniya çoxuşaqlı ailələri təşviq etmək üçün Avropada ilkə imza atdı
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
100 nəfərlik ziyafətin orta qiyməti 20 000 avroya çatır
Avstriyada sərtləşdirilən qanun uşaqları qorumaq məqsədi daşıyır
... 10 saat ayrılığa dözmədilər
Qızlarımızın taleyini məhv edən faciələrə biganə qalmayın!
150 qonaq Norovirusa yoluxdu
Nəvələrinə ən çox təsir edən ailə ağsaqqalı üzə çıxdı
Boşanma nisbəti sıfıra yaxındır
Müharibə və ailə institutlarının gözdən salınmasının fəsadları indi üzə çıxır
Yeni nəslin tək yaşamaq seçimi dünyada ənənəvi ailə quruluşunu dağıdır
Fransada yaşamaq istəyənlərin arzularına zərbə
Fransa Ədliyyə Naziri Gérald Darmanin, saxta evliliklərlə mübarizəni hökumətin “prioritet mövzusu” elan edib. Nazir prokurorlara göndərdiyi ümumi məktubda bələdiyyə sədrlərinə tam dəstək verilməsini tələb edib.
Avqustun 13-də prokurorlara göndərilən məktubda Darmanin, saxta evliliklərlə mübarizənin gücləndirilməsini istəyib. Nimes şəhərində etdiyi açıqlamada Darmanin qeyd edib ki, “Fransadakı bütün bələdiyyə sədrlərinə Ədliyyə Nazirliyinin tam dəstəyini təmin edirəm”.
Son dövrlərdə bir çox bələdiyyə sədri, xüsusilə Fransız vətəndaşları ilə oturum izni olmayan xaricilər arasında həyata keçirilən evliliklərdə şübhəli hallarla qarşılaşdıqlarını bildirərək prokurorluqlardan ləğv tələb etmişdilər.
Nazirliyin göstərişinə görə, şübhəli hallarda prokurorluqlar bələdiyyə sədrlərini daha çox dəstəkləməli, onlara verilən məlumatları diqqətlə araşdırmalı və açıq kommunikasiya qurmalıdır. Şübhə olduqda isə toy mərasimi təxirə salınacaq.
2021-ci ildə qəbul edilən qanun, nikah məmurlarına evliliklə bağlı şübhə yaranarsa, cütlüklərlə ayrıca görüşmək imkanı vermişdi. Darmanin bildirib ki, “Evlilik, ailə qurmaq iradəsidir. Respublikamızın qaydalarını sui-istifadə etmək deyil”.
Fransada saxta evlilik etmək 5 ilədək həbs və 15 min avro məbləğində cəza ilə nəticələnir. Həmçinin “yaxşı niyyətli həyat yoldaşı” qanuni olaraq evliliyin ləğvini tələb edə bilər.
Fevral ayında Senat tərəfindən qəbul edilən və Emmanuel Makron hökumətinin dəstəklədiyi qanun layihəsi, oturum icazəsi olmayan xaricilərin evlənməsini tam qadağan etməyi hədəfləyir.