vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
Vətəndaşlara pulsuz ev veriləcək 10:42 | 11 mart 2025 | Çərşənbə axşamı Məqaləyə 319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vətəndaşlara pulsuz ev veriləcək

Məcəllə kimlərə şamil olunacaq?

VÜQAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Mənzil Məcəlləsi”nə olunan dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlarımız pulsuz evə sahib olurlar. Belə ki, mövcud qanunvericiliyə əsasən şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzasında əlilliyii olan şəxslər və valdeyinlərini itirmuş vətəndaşlarımıza sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır.  Yeni dəyişikliklərə, yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq.

Yeni qaydalara əsasən sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiq edilib. Bu sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Qanuna əsasən,  sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər.