
Milyarderlərin axışdığı torpaqlar
Qiymət gününə davam gətirəcək 5 ölkə
Qiymət gününə davam gətirəcək 5 ölkə
Antibiotiklərə davamlı infeksiyalar on minlərlə can aldı
Almaniyada Hib epidemiyası qorxusu
“Kosmosdan görünən yeganə canlı” yox olmaq üzrədir
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
“Super bakteriyalar” 2050-yə qədər milyonlarla insanı öldürə bilər
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
35 il əvvəl yox olduğu düşünülən virus Almaniyada yenidən peyda oldu
Bina dezinfeksiya edilib, uşaqlara peyvənd olunub
Çox nadir rast gəlinən “lissa” virusu insanı həyatı üçün təhlükəlidir
Ölkənin ən böyük alüminium zavodu bağlanmaq təhlükəsi ilə üz-üzədir
Telefonunuz izlənilə bilər
Avstraliya Asiya-Sakit okean regionundan narahatdır
Avstraliya Çindən izahat tələb edir
“Sənin yerin mətbəxdədir” sözlərinə görə üzərinə benzin töküb
İngiltərədə ilk dəfə ağcaqanadlarda Qərbi Nil aşkar edilib
«The Economist» yazır ki, 2017-2018-ci ilin qrip mövsümü bütün payızı və qışı əhatə edib. İndiki qrip ağırlığına görə 2009-cu ilin donuz qripinə bənzəyir. Yanvarın 13-dək iki həftə ərzində baş verən bütün ölüm hallarının 10 faizi sətəlcəm və qripə görə olub. Bu hədd epidemiya səviyyəsindən daha yüksəkdir.
Bu il xəstəxanalara düşənlərin 51 faizi qrip və onunla əlaqədar fəsadlara görə xəstələnib. Amerikada artıq indiyədək 50 uşaq qripdən vəfat edib. Görəsən bu qışın qripi niyə bu qədər sərtdir?
«The Economist» yazır ki, adətən ağır qrip mövsümlərindən danışarkən, 1918-1920-ci illərin qrip epidemiyaları yada düşür. O epidemiyalarda qripə dünya üzrə 500 milyon insan yoluxmuş, bunlardan 1918-ci ildə 50, 1920-ci ildə isə 100 milyon insan tələf olmuşdu. O vaxtlar qrip elə bir miqyas almışdı ki, insanları dəfn etmək üçün tabut çatışmırdı.
Məqalədə deyilir ki, builki pandemiyanın belə sərt olması qripin bu virusunun yeni olması ilə bağlıdır. Adətən qrip virusunun yeni ştamlarını onlar əhalini «vuranadək» tanımaq olmur.
Bir çox ağır xəstəliklərin müalicəsi və praktikasını bacaran müasir təbabət elmi qripi hələ də proqnozlaşdıra bilmir.
1918-ci ilin pandemiyasından zəif olsa da, bu mövsümün qripini ağırlaşdıran bir sıra faktorlar mövcuddur. Bu qripi törədən virus ştammı köhnə ştammın «H3N2» kimi tanınan alt tipidir.
Məqalədə deyilir ki, ilk dəfə 50 il əvvəl müəyyən edilmiş bu virus çevik mutasiya qabiliyyətinə malikdir. Bu isə o deməkdir ki, virus bədənin əvvəlki ştamlara hazırladığı müdafiə sistemini asanlıqla yarıb keçir. Nəticədə ötən ilin əvvəllərində hazırlanmış vaksin artıq bu qrip üçün işləmir.
Avstraliya və Kanadadan alınmış məlumatların təhlili göstərir ki, vaksinlər indiki qripin qarşısını yalnız 10 faiz hallarda ala bilib. Halbuki normal zərdablar üçün bu rəqəm adətən 30-60 faiz arası olmalıdır.
Lakin ən pis hallarda da vaksinlər qripin ən azı sərtliyini ala bilir.
Alimlər bildirirlər ki, vaksinləri gücləndirməyin yollarından biri də onların virusun başının yox, gövdəsinin hədəfləməsi ola bilər. Çünki virus ən çox gövdə hissəsində mutasiyaya məruz qalır.
Digər bir yol genetik dəyişdirmə üsulu ilə alınmış viruslar ola bilər. Belə viruslardan alınmış vaksinlər insanın immun sisteminin daha çevik reaksiyasını təmin edərdi.