vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
Avstraliya səfiri qovdu 11:06 | 27 avqust 2025 | Çərşənbə Məqaləyə 88 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avstraliya səfiri qovdu

Sinaqoqda baş verən yanğında İranın barmağının olduğu müəyyən edilib

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Avstraliya ötən il ölkədəki yəhudi müəssisələrinə qarşı törədilən hücumların məsuliyyətini İran hökumətinə yükləyərək, İran səfiri Əhməd Sadeqi (Ahmad Sadeghi) haqqında “arzuolunmaz şəxs” qərarı verdi və onu ölkədən çıxardı.

Avstraliya Baş naziri Antoni Albanez (Anthony Albanese), Sadeqi ilə yanaşı 3 İranlı rəsminin də ölkədən çıxarılmasına qərar verildiyini açıqladı.

Albanez bildirdi ki, ötən il Melburndə bir sinaqoq və Sidneydə bir marketə qarşı baş verən yanğın hücumlarının arxasında İran hökumətinin dayandığına dair etibarlı kəşfiyyat məlumatları əldə edilib.

Avstraliya Milli Təhlükəsizlik Agentliyinin direktoru da hücumların İran tərəfindən idarə olunan şəxslər tərəfindən törədildiyini bildirib.

Qərarın ardından Avstraliyanın Tehrandakı səfirliyində bütün fəaliyyətlər dayandırılıb, eyni zamanda İrandakı bütün Avstraliya diplomatları ölkəni tərk edib.

İran Xarici işlər naziri Abbas Araqçı (Abbas Arakchi) isə hücumlarda iştirak etdiklərinə dair iddiaları rədd edib.