
“Everest” dağında 10 ildən sonra bir ilk
Dünyanın ən hündür nöqtəsinə qalxmaq üçün öncə kiçik zirvələrdə məşq etmək şərti qoyulur
Dünyanın ən hündür nöqtəsinə qalxmaq üçün öncə kiçik zirvələrdə məşq etmək şərti qoyulur
“Qatil dağı”na çıxan alpinist öldü
Vulkan püskürməsi adada həyəcan yaratdı, təyyarə reysləri təxirə salındı
Everest iqlim böhranı və həddindən artıq turistlə mübarizə aparır
45 yaşlı Filip Santyaqo 7900 metr hündürlüyə qalxa bilib
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
2,4 kilometr hündürlüyə kül və tüstü səpib
Everestə dırmananlar zirvədə tıxac yaratdı, onlarla alpinist öldü
Güneylilər mayın 19-nu həmyerlilərinin şərəfinə «Milli Alpinizm Günü» kimi qeyd olunması üçün imza topladılar
Milli-mədəni fəallar türkcə yazılmış plakatlar qaldırdı, türk dilində mərasim keçirdi
Dünyada 16 alpinistdən biri olan Əzim Qeyçisazın qarşılanmasına heç bir rəsmi qatılmayıb
Tarix boyu bu zirvəsini fəth etməyə dörd mindən artıq insan çalışıb
Əzim Qeyçisaz Himalayın ən hündür zirvələrindən birinə oksigen balonu olmadan qalxıb
Yaponiyada 102 yaşlı Kokiçi Akuzava (Kokichi Akuzawa), ürək problemlərinə baxmayaraq, 3.776 metr yüksəklikdəki Fuji dağının zirvəsinə qalxaraq Ginnesin rekordlar kitabına daxil oldu.
1923-cü il təvəllüdlü Akuzava Yaponiyanın ən yaşlı alpinist unvanını qazandı. Avqust ayının əvvəlində baş tutan bu tırmanış rəsmi olaraq “Guinness Dünya Rekorları” tərəfindən qeydə alındı. Akuzava Fuji dağına qalxan ən yaşlı insan oldu.
Təqaüddə olan fermer Akuzava bu çətin səfəri “xüsusi bir şey deyil” sözləri ilə yüngülləşdirdi. Daha əvvəl 96 yaşında da zirvəyə çıxan Akuzava, “Altı il əvvəl də buradaydım, eyni mənzərəni gördüm”, – deyib.
Hazırlıq prosesi asan olmadı. Yanvar ayında evinə yaxın bir dağda düşərək yaralanan, daha sonra zona və ürək çatışmazlığı səbəbi ilə xəstəxanaya yerləşdirilən Akuzavanın sağlamlığı ailəsini narahat etmişdi. Lakin onun sürətli bərpası hətta həkimlərini də təəccübləndirdi. Hər səhər bir saat yürüş edən və həftədə bir dəfə dağa çıxan Akuzava beləliklə kondisiyasını yenidən bərpa etmişdi.
Üç gün davam edən Fuji dırmanışında yanında tibb bacısı olan nəvəsi də iştirak etdi. Xeyli çətin anlar yaşasa da zirvəyə çatmağı bacardı. Zirvəyə yenidən çıxmaq istəyib-istəmədiyi soruşulduqda isə qəti “xeyr” cavabı verdi.