vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
Qırıq ayaqla 7 min metrdə itkin düşdü 12:57 | 27 avqust 2025 | Çərşənbə Məqaləyə 27 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qırıq ayaqla 7 min metrdə itkin düşdü

İki həftədir rus alpinistə əlaqə yoxdur

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Rus alpinist Natalya Naqovitsinanın Qırğızıstandakı “Pobeda” dağının zirvəsindən pis hava şəraiti səbəbilə təxliyə edilə bilmədiyi bildirildi.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyi zirvədə ilişib qalan Rus alpinist Natalya Naqovitsinanın itkin olduğunu rəsmi elan etdi.

Rus "Kommersant" qəzetinin məlumatına görə, 7 min metrdən yüksək hündürlükdə olan qadına iki həftədir çatıla bilmir.

Nazirliyin mətbuat katibi Adil Çarıqov “TASS” xəbər agentliyinə verdiyi açıqlamada, "Heç kim onun həyatını və ya ölümünü rəsmi təsdiqləyə bilmədiyi üçün itkin elan edilib" dedi.

Avqustun 12-də Naqovitsinanın ayağı qırılıb və dağdan təxliyə edilə bilinməyib. Rusiya Fövqəladə Hallar Nazirliyi qadının sağ qalma şansının çox aşağı olduğuna inanır.

Naqovitsinanı xilas etmək üçün son cəhd avqustun 25-ə planlaşdırılmışdı. Rus alpinistə əvvəlcə pilotsuz uçuş aparatı (PUA), sonra isə helikopter göndəriləcəkdi, lakin pis hava şəraiti səbəbilə bu mümkün olmayıb.

Oğlu qadının sağ ola biləcəyi mövzusunda israr edir. Rusiya Federasiyası Araşdırma Komitəsi Rusiya Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq edərək alpinistin xilas edilməsinə kömək vədi verdi.