
Saxta arayışı böhranı
Fransada şirkətlər xüsusi detektiv tutur
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransa Baş naziri Fransua Bayrunun açıqladığı qənaət tədbirlərinə etiraz əlaməti olaraq sentyabrın 10-da milli boykot çağırışına sol partiyalardan dəstək verərkən, həmkarlar ittifaqları və bəzi siyasətçilər ehtiyatlı yanaşır.
Fransada sosial mediada iyulun 24-də başladılan “Bloquons tout” (“Hər şeyi boykot edək”) çağırışı sentyabrın 10-da ölkə üzrə iş dayandırma, alış-veriş etməmə və məktəbə getməmə aksiyası ilə hökumətə qarşı kütləvi bir etirazı hədəfləyir.
Baş nazir Fransua Bayrunun açıqladığı büdcə tədbirləri arasında iki rəsmi bayramın ləğv edilməsi və 44 milyard avroluq qənaət planı yer alırdı. Bu qərarlar xüsusilə sol partiyalarda və həmkarlar ittifaqlarında böyük reaksiya doğurdu.
“Təslim Olmayan Fransa”nın (LFI) lideri Jan-Lük Melenşon yay universitetindəki çıxışında sentyabrın 10-da “ümumi tətil günü” olması lazım olduğunu müdafiə etdi.
“Yaşıllar Partiyası” (EELV) aksiyanı dəstəkləyərək “hərəkatın heç bir partiyanın mülkü olmadığını” vurğuladı. “Sosialist Partiyası”nın lideri Olivye For da sentyabrın 10-da küçədə olacaqlarını elan etdi. Lakin keçmiş Prezident Fransan Olland nəzarət edə bilmədiyim bir hərəkata qoşula bilmərəm deyərək məsafə saxladı.
“Kommunist Partiyası”nın lideri Fabyen Rusel isə Monpelyedə etdiyi açıqlamada çağırışa tam dəstək verdi.
Sağ partiyalar və ifrat sağ ehtiyatlı
“Milli Birlik” (RN) rəhbərləri rəsmi iştirak çağırışı etmədi. Partiya rəhbərliyi “tərəfdarlarımız və üzvlərimiz öz qərarını verə bilər” deyərək, mümkün zorakılıq hadisələrindən narahatlıq bildirdi.
Həmkarlar ittifaqları bölünmüş vəziyyətdə
Həmkarlar ittifaqları içində fərqli fikirlər ön plana çıxır. CGT-nin bəzi federasiyaları aksiyanı dəstəkləyərkən, Baş katib Sofiya Bine hərəkat hələ də qeyri-müəyyəndir deyərək ehtiyatlı məqam tutdu. FO da eyni şəkildə qərarını təxirə saldı.
Yalnız “Sud Rail” həmkarlar ittifaqı rəsmi olaraq tətilə qatılacağını bildirdi. “Solidaires”in də bu həftə mövqeyini açıqlaması gözlənilir. Sentyabrın 1-də keçiriləcək geniş iştiraklı interittifaq iclasında isə ortaq bir yol xəritəsi müəyyən edilməsi nəzərdə tutulur.