vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 24 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
KRİMİNAL, CİNAYƏT  
Avstraliya silahlı hücum 10:21 | 26 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 1214 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avstraliya silahlı hücum

İki polis ölü, biri yaralanıb

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Avstraliyanın Viktoriya əyalətində baş verən silahlı hücum nəticəsində iki polis əməkdaşı həyatını itirib, biri isə yaralanıb.

Hadisə, əyalətin şimal-şərqində, dağ ətəyində yerləşən Porepunkax şəhərində baş verib. Hücumla bağlı polis rəsmiləri ətraflı məlumat verməyib, lakin yerli media, o cümlədən ABC, iki polisin öldüyünü, birinin yaralandığını və cinayətkarın qaçdığını bildirir.

Viktoriya Polis Departamenti açıqlamasında, “İstintaq hələ də davam edir. Operativ olaraq təhlükəsizlik təmin olunduqda daha ətraflı məlumat paylaşacağıq. İnsanları bölgədən uzaq durmağa çağırırıq”, – deyilir.

“The Age” qəzetinin məlumatına görə, polis əməkdaşları cinsi istismar iddiaları ilə bağlı axtarış əmri yerinə yetirmək üçün hadisə yerinə gediblər. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.