
“HoçazFilm” yaradıcılıq studiyasını ziyarət
Forumun iştirakçıları Laçın şəhərinin görməli yerlərini gəziblər
Forumun iştirakçıları Laçın şəhərinin görməli yerlərini gəziblər
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
TDT-nin Media Şöbəsi mətbuat və media qurumlarının nümayəndələri bir araya gəlib
Laçında mövzusunda dəyirmi masa keçirilib
3-cü Şuşa Qlobal Media Forumunda ilk panel sessiyası
Hikmət Hacıyev: “Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır”
“Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi
... Yaxud televiziyanın namusu və asan pulun cazibəsi
... Yaxud psixi xəstə, “Artsax” sevdalısı sarsax
Medianın İnkişafı Agentliyinin açıqlaması
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Test yayımına başlanıldı
Bakıda ikinci forumun açılış mərasimi keçirilir
Azərbaycan Milli Mətbuatının 150 illiyi qeyd olunacaq
Kağız formatda informasiyanı dəyişdirmək mümkün deyil
Sərəncam mətbuatımızın gələcək fəaliyyət ilə bağlı yol xəritəsidir
Şuşa şəhərində keçirilən 3-cü Qlobal Media Forumu çərçivəsində “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” mövzusuna həsr olunan panel müzakirə keçirilib.
Panel müzakirədə moderatorluğu beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudor edib, “TRT World” kanalının aparıcısı və müxbiri Cəfər Həsnayn (Jaffar Hasnain), Afrika İttifaqı İnkişaf Agentliyinin Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Zifora Mauban (Ziphora Maubane), Çin Media Qrupunun Avrasiya Bürosunun Baş redaktorunun birinci müavini Vanq Deli (Wang Delu) və ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının fakültə üzvü Şəfəq Mehrəliyeva isə spiker qismində fikirlərini bölüşüblər.
İştirakçılar müasir informasiya məkanında media savadlılığının artırılmasının informasiya təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolu ətraflı şəkildə müzakirə ediblər. Tədbir zamanı rəqəmsal mühitdə yalan və manipulyativ məlumatların yayılmasının qarşısının alınmasında rəqəmsal savadlılığın təsir imkanları, fərdi və kütləvi informasiya istehlakçılarının dezinformasiya xarakterli materiallara qarşı dayanıqlığının gücləndirilməsi məsələləri geniş təhlil olunub. Həmçinin, süni intellekt və sosial media platformalarının informasiya axınına təsiri, maarifləndirici kampaniyaların və təhsil təşəbbüslərinin rolu, media qurumları ilə dövlət strukturları arasında əməkdaşlığın zəruriliyi və bu sahədə beynəlxalq təcrübənin tətbiqi kimi bir sıra aktual məsələlərlə bağlı diskussiya aparılıb.
Diqqətə çatdırılıb ki, müxtəlif platformalarda yayılan kütləvi informasiyanın geniş auditoriyada yaratdığı təsir və formalaşdırdığı ictimai rəy bu gün informasiya təhlükəsizliyinin təmin edilməsini hər bir dövlətin, media subyektinin və digər əlaqəli tərəflərin əsas prioritetinə çevirib. Bu təsir yalnız fərdi düşüncə tərzini və sosial münasibətləri deyil, həm də siyasi, iqtisadi və mədəni dinamikanı əhəmiyyətli şəkildə formalaşdırır.