
“Bütün sahələrdə dərin münasibətlər mövcuddur”
Hikmət Hacıyev İordaniyanın xəbər agentliyinə müsahibə verib
Hikmət Hacıyev İordaniyanın xəbər agentliyinə müsahibə verib
Hikmət Hacıyev: “Qardaş haqqında belə şeylər yazmaq düzgün deyil”
Hikmət Hacıyev: “2020-ci ildən bəri 400 vətəndaş mina partlayışlarının qurbanı olub”
Hikmət Hacıyev: “Qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet hesab olunur”
Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
Hikmət Hacıyevin görüşlərinin strateji mənası
Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Hikmət Hacıyev: “Prezidentlərin apardığı müzakirələr əlaqələrin inkişafına nəfəs verib”
Bakıda ikinci forumun açılış mərasimi keçirilir
Müharibə cinayətləri törətməkdə təqsirləndirilənlərin məhkəməsi açıq və şəffaf gedir
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
Ürəktutmasından dünyasını dəyişib
Hikmət Hacıyev: “Hərbi cinayətkarlar siyasi məhbus deyil”
Minalar can almaqda davam edir
Ölkələr arası əməkdaşlıq və regional hadisələr müzakirə olunub
Bu gün Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, Müşahidə Şurasının üzvləri, televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu gün media Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. O medianın ictimai-siyasi və mədəni həyatdakı yerinə, mədəniyyətin, maarifçiliyin inkişafında roluna diqqət çəkərək bundan sonrakı mərhələdə də eyni funksiyaları yeni dövrün tələblərinə uyğun qurmalı olduğunu qeyd edib, rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb, dövlət-media münasibətləri, medianın aktual məsələləri barədə fikirlərini bölüşüb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə Agentliyin fəaliyyət istiqamətlərindən, həyata keçirilən tədbirlərdən, media sahəsində aparılan islahatların nəticələrindən və sahənin inkişaf perspektivlərindən danışıb.
Müzakirələr zamanı qeyd olunub ki, Milli Mətbuatın 150 illiyi çərçivəsində müxtəlif beynəlxalq və yerli səviyyəli tədbirlərin təşkili, tanınmış xarici media subyektlərinin tərəfdaşlığı ilə inkişaf proqramlarının həyata keçirilməsi, habelə Azərbaycan mətbuatının tarixini və bu gününü təcəssüm etdirən, bu istiqamətdə cəmiyyətin məlumatlandırılmasına yönəlmiş digər layihələrin icrası planlaşdırılır.
Görüş zamanı media rəhbərlərinin təklifləri dinlənilib, media sahəsinin gələcək inkişafı və müasir çağırışlar barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.