
Tut yemiş bülbülün sancısı ...
... Yaxud psixi xəstə, “Artsax” sevdalısı sarsax
... Yaxud psixi xəstə, “Artsax” sevdalısı sarsax
Medianın İnkişafı Agentliyinin açıqlaması
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Bakıda ikinci forumun açılış mərasimi keçirilir
Bəs həmin qəzetləri kim alacaq?
Jurnalistlər üçün təlimlər başlayıb
40 media resursu cavab gözləyir
3 üsulla idarə olunan sistem 15 ildir peşəkar formaya salınıb
Sənədlər elektron formada qəbul olunur
Çap mediasına dəstək müsabiqəsi
Media mənsubları ipoteka krediti ala biləcək
Əhməd İsmayılov: “Bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yanlış müzakirələrə yol açır”
Baş nazir jurnalist vəsiqələri ilə bağlı qərar imzaladı
“Əl-Cəzirə”nin əməkdaşı nələrdən danışacaq?
Media Reyestrinin aparılması qaydaları təsdiq olundu
Prezident İlham Əliyev fərman imzaladı
Bu gün (8 iyul) Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin jurnalistlərlə görüşlərini, Azərbaycan mətbuat tarixində mühüm rol oynamış nəşrləri əks etdirən “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgiyə baxış keçiriblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının tarixi, inkişaf yolu, gələcək perspektivləri, eyni zamanda medianın cəmiyyətdə maarifləndirmə funksiyası və milli dəyərlərin təbliğindəki rolu barədə səsləndirdiyi fikirləri əks etdirən videoçarxla başlayıb.
Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsiplərinin bu gün də dövlətin informasiya siyasətində və medianın fəaliyyətində öz əksini tapdığını və aktuallığını qoruyub saxladığını qeyd edib, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsində, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasında Ulu Öndərin əvəzsiz rolu barədə danışıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə baş tutan “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” mövzusunda panel sessiyada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov və əməkdar jurnalist Vüqar Rəhimzadə tərəfindən Ümummilli Liderin media sahəsində həyata keçirdiyi islahatlar, azad və peşəkar medianın formalaşmasında atdığı əhəmiyyətli addımlar barədə geniş müzakirələr aparılıb və həmin prinsiplərin bu gün də dövlətin media siyasətində əsas istiqamət kimi davam etdirildiyi vurğulanıb.
Tədbirin sonunda “Heydər Əliyevin təhsil siyasəti: jurnalist peşəkarlığının artırılmasında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirilib. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə baş tutan müzakirədə jurnalistika və kommunikasiya sahəsində çalışan akademik nümayəndələr iştirak ediblər. Diqqətə çatdırılıb ki, Ulu Öndərin təhsil strategiyası çərçivəsində jurnalistika sahəsində peşəkar kadr potensialının artırılması, ali təhsil müəssisələrində sözügedən ixtisasın inkişafı və təkmilləşdirilməsi ilə yanaşı, jurnalistikanın elmi əsaslara söykənən inkişafı üçün vacib islahatlar aparılaraq medianın keyfiyyətinin yüksəldilməsi təmin edilib.