vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
Fars-molla rejimi özünə gələ bilmir 18:57 | 8 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 40 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejimi özünə gələ bilmir

Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb

Cavid DƏMİRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

İran hakimiyyəti daxilində olan fars şovinistləri Azərbaycanla əlaqələrin normallaşmasını heç cür qəbul etmək istəmirlər.

İranda hakimiyyətə yaxınlığı ilə tanınan və tez-tez anti-Azərbaycan mövqeyi sərgiləyən “Bultan News” saytı İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini tənqid edib və həm İran, həm də Azərbaycan prezidentlərinə qarşı sərt ittihamlar səsləndirib.

“Cənab Pezeşkian, siz bir ildə hətta diplomatiyanın əlifbasını da öyrənməmisiniz?” başlıqlı məqalədə sayt yazır ki, Pezeşkianın Bakıya səfəri İranın gücünü nümayiş etdirmək əvəzinə, “yersiz təbəssümlərlə və qətiyyətsizliklə dolu zəif görüntü” yaradıb.

Məqalədə, habelə, Azərbaycanın “MOSSAD”a öz ərazisində fəaliyyət imkanı verməsi və İranın müqavimət oxuna qarşı çıxması iddia olunub. Sayt Pezeşkianın komandasını da tənqid edərək qeyd edib ki, səfər İranın Bakı ilə bağlı diplomatik mövqeyini sərt şəkildə ifadə etməsi üçün bir fürsət olmalı idi, ancaq bu baş verməyib.