 
                                Tanrıçılıqdan gələn müqəddəslik
“Ocaq”ın yeni mənası
 12:27 | 28 aprel 2025 | Bazar ertəsi
                Məqaləyə 195 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                12:27 | 28 aprel 2025 | Bazar ertəsi
                Məqaləyə 195 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                “Ocaq”ın yeni mənası
 
                                Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
 
                                Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
 
                                Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
 
                                Öz millətini işğalçıların siyasətinə satan türklər
 
                                Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
 
                                İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
 
                                Zərifin istefası Pezeşkianı şoka salıb
 
                                Zərif ərizə yazmağa məcbur edilib; bu hadisələr İranı silkələyəcək
 
                                Bütöv Azərbaycan naminə çox böyük uğurlara imza atma zamanı
 
                                İran prezidenti Məsud Pezeşkian: “Ölkədə məşğulluq və investisiya imkanları yaradılmalıdır”
 
                                “Kabinetin işinə müdaxiləyə imkan verməyin”
 
                                Təbrizli keçmiş millət vəkili: “İnsanlara bütün qəlbimlə xidmət edəcəm”
 
                                Yaxud Pezeşkian istəklər və məhdudiyyətlər arasında
 
                                Prezident Məsud Pezeşkian: “Sərt qərarlar qəbul edilməlidir”
 
                                Rejim Pezeşkiyanın susmayan xalq çoxluğunun dəstəklədiyi sülhməramlıya çevriləcəyindən qorxur
İranın Ədliyyə Orqanı Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam edilməsi ilə bağlı bütün zəruri hazırlıqların tamamlandığı haqda məlumat yayıb. Ədliyyə Orqanının sözçüsü Əsgər Cahangirin dedikləri isə İranın hökmün icrasında maraqlı olduğuna dair şübhələri ön plana çıxarır.
Əsgər Cahangir bildirir ki, İran qanunvericiliyinə görə hökmün icrası üçün valideynlər və ya onların vəkilləri qisas tələbi ilə bağlı Məhkəmə Sisteminə müraciət etməli və ya hökmün icrası günündə iştirak etməlidir.
“İndiyə kimi nə valideynlər, nə də onların vəkilləri hökmün icrası üçün bizə müraciət etməyiblər. Odur ki, Məhkəmə Sisteminin tam hazır olmasına və yuxarıda qeyd olunan hökmdə müşahidə olunan hüquqi prosesə baxmayaraq, bu hökm hələ də icra olunmayıb”, – o deyib.
Bu, İranın yeni bəhanəsi kimi görünür. Pezeşkianın səfəri zamanı Bakıda İran prezidentinin qarşısında qoyulacaq ilk məsələlərdən biri terrorçunun edam edilməsi hökmü olacaq və bu məsələ rəsmi Bakının Tehranla münasibətlərin gələcəyinə yanaşmasına təsir edəcək. Bunu anlayan Tehranın Pezeşkianın səfərindən bir gün öncə “hökmün icrasına tam hazırıq” açıqlaması Azərbaycanı sakitləşdirməyə və İran prezidentinin Bakıda cavab manevrini genişləndirməyə hesablanıb. Və hökmün icra edilməməsinin səbəbi kimi “öldürülən şəxsin (səfirliyin əməkdaşı) valideyni, yaxud vəkilinin İrana müraciət etməməsi” göstərilməklə yeni “bəhanə” irəli sürürlər.
İstisna deyil ki, Bakıda Pezeşkiana bu məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyi birbaşa təqdim ediləcək. Lakin hökmün icra edilməsi hələ də sual altındadır, çünki hücumun arxasındakı İran isteblişmenti bunda maraqlı deyil və məsələ Pezeşkianın səlahiyyətlərini aşır.