
Ən çox xarab olan avtomobillər
Elektrikli avtomobillər nasazlıqda baxımından çox üstündür
Elektrikli avtomobillər nasazlıqda baxımından çox üstündür
Zavod rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticə verdi
İşçiləri hazır avtomobillərin açarlarını müsadirə edib və işə çıxmayıblar
“Volkswagen Group”un Brüsseldəki müəssisəsinin işçiləri işə çıxmayıb
“Volkswagen Group”un Brüsseldəki müəssisəsinin işçiləri işə çıxmayıb
“Volkswagen Group”un Brüsseldəki müəssisəsinin işçiləri işə çıxmayıb
“Volkswagen Group”un Brüsseldəki müəssisəsinin işçiləri işə çıxmayıb
“Audi” yeni A6 sedan modelində zərif dizaynı, qabaqcıl aerodinamik quruluşu və səmərəli mühərrik variantları ilə diqqət çəkir.
Avtomobil markası “Avant” versiyasını, sonra isə sedan modelini təqdim etməklə yeni A6 modelində normadan kənara çıxdı. Sedan estetika baxımından daha zərif dizayn təklif etsə də, bazarda prioritet sıralamada geridə qalmış kimi görünürdü.
***
Yeni “Audi A6” xüsusilə "Firmamentblau Metallic" rəng seçimi ilə göz oxşayan zəriflik təqdim edir. Axıcı dam xətti və incə detalları ilə diqqət çəkən sedan modeli prestijli görünüş nümayiş etdirir. Geniş ön barmaqlığın dizaynının bir az daha sadə ola biləcəyinə dair tənqidlər olsa da, sensorların avtomobilə daha estetik inteqrasiyası əhəmiyyətli təkmilləşdirmə oldu. Yeni modelin daha bir üstünlüyü artıq saxta egzoz çıxışlarından istifadə olunmmamasıdır.
***
“Audi A6”nın aerodinamik strukturunun təkmilləşdirilməsi yan hava kanalları və xüsusi hazırlanmış ön spoyler sayəsində daha yaxşı hava axını və ön oxda azaldılmış qaldırma təmin edir. 0,23 hava müqavimət əmsalı orta seqment daxilindədir. Mühərrik variantları arasında MHEV-Plus sistemli 204 at gücünə malik dörd silindrli dizel mühərriki diqqət çəkir. Bu mühərrik 1,7 kWh akkumulyator tutumu və 25 kVt bərpa gücü ilə 4,8 ilə 5,6 litr arasında yanacaq sərfiyyatı təklif edir.
***
İdman tərzi sürmək istəyənlər üçün 367 at gücünə malik V6 mühərriki, 4x4 ötürücü sistemi və yeddi pilləli iki muftalı transmissiya ilə təklif olunur. Bu mühərrik variantı 100 km/saata cəmi 4,7 saniyəyə yığır və maksimum 250 km/saat sürət vəd edir. Təxminən 500 litr baqaj həcmi ilə yeni A6 həm də ailələr üçün ideal seçim təklif edir. Opsiyonel dörd təkərli sükan sistemi və tənzimlənən pnevmatik asqı avtomobilin manevr qabiliyyətini və sürmə rahatlığını artırır. Təkmilləşdirilmiş səs izolyasiyası ilə interyerdəki səssizlik dərəcəsi əvvəlki modellə müqayisədə 30 faiz artırılıb. Başlanğıc qiyməti 55 500 avro olan yeni “Audi A6” yayda bazara çıxacaq.